Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Aprel

2018
14:30
1627
Aprelin 21-dən sərnişin qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək - CƏDVƏL

Sərnişin qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək.

Bu barədə FaktXəbər-ə Azərbaycan Dəmir Yolları QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

Məlumatda deyilir ki, dəyişikliyə əsasən, 21 aprel 2018-ci ildən etibarən 369-370 nömrəli Bakı-Xarkov sərnişin qatarının marşrutu Kiyev stansiyasına kimi uzadılacaq. Həmin tarixdən etibarən yeni 369-370 nömrəli Bakı-Kiyev qatarı təyin edilir. Qatar Xarkov, Poltava, Mirqorod və Lubnı stansiyalarından keçəcək.

Bakı-Kiyev qatarı Bakı sərnişin stansiyasından həftədə bir dəfə - həftənin VI günləri saat 01-35-də yola düşəcək, Kiyev stansiyasına 23.04.2018-ci ildən etibarən həftənin I günləri saat 11-46-da çatacaq və həmin gün saat 14-37-də əks istiqamətə yola düşəcək. Qatar 26.04.2018-ci ildən etibarən həftənin IV günləri saat 04-10-da Bakı sərnişin stansiyasına çatacaq.

Sərnişin qatarlarının 21.04.2018-ci il tarixdən etibarən hərəkət cədvəli (2017-2018-ci illər üçün)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-07-2018 23:16



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com