Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Aprel

2018
12:17
4218
Mossadın keçmiş başçısı: Rusiya ilə müharibədən qalib ayrılmalıyıq

İsrailin Kanal 10 televiziyasına açıqlama verən Mossadın keçmiş rəhbəri Efraim Halevi İsrail ilə Rusiya arasında son dövrdə baş verən gərginliyi şərh edib.

FaktXəbər-in məlumatına görə, Rusiya ilə müharibə ehtimalının artdığını söyləyən Halevi belə deyib:

"Bu müharibə ölkəmizin şimalında - Suriyada yerləşən və varlığını gücləndirən böyük bir ölkə ilə olacaq. Həmin ölkə şimal sərhədində əsas tərəfdir. İsrail qüvvələri Rusiya ordusu ilə qarşılaşa və müharibə başlaya bilər. Bu super güclə müharibə etmədən öhdəsindən gəlməyin yolunu tapmalıyıq, ancaq müharibə olacağı vəziyyətində də bundan qalib ayrılmalıyıq."

Halevi Rusiyanın İsrailə niyə boyun əydirmək istədiyinə dair suala cavabında, "Rusiya çox uzun müddət qalmaq üçün Suriyaya girib. Hərbi bazalarını və gücünü onlarla il davam edəcək şəkildə quraşdırıb. Zənn edirəm ki, bölgədəki əsas strateji ortağının - İranın məğlub olmasını istəməyəcək və bu onun faydasına da deyil", - söyləyib.

Məqalədə : Mossad İsrail Rusiya Suriya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda taxıl biçininə başlanılıb

24

May
17:46
İQTİSADİYYAT
122

Mayın 27-nə manatın məzənnəsi

24

May
17:33
İQTİSADİYYAT
100

2 yaşınadək uşaqlara bunlar qadağan edilməlidir

24

May
15:53
AİLƏ, SAĞLAMLIQ
1571

Paşinyanın oğlu Yerevana qaçdı

24

May
15:07
DÜNYA
431
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2019 05:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru