Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Aprel

2018
11:06
1458
MTN polkovnikinin şəbəkəsinə cəza kəsildi

Dələduzluqda təqsirləndirilən Ceyhun İbayev, Vüqar Əsədov, Vüqar Güləli, Anar İsmayılov və Nicat Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Vüqar Güləli 8 il, Nicat Əliyev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Ceyhun İbayev də 6 il 6 ay müddətinə azadlıqdan məhrum olunub və istintaq zamanı həbs edilmədiyi üçün məhkəmə zalında qandallanıb.

Vüqar Əsədov və Anar İsmayılova isə şərti cəza verilib.

Qeyd edək ki, prokuror Vüqar Güləlinin 9 il 6 ay, Nicat Əliyevin 8 il 6 ay, Ceyhun İbayevin 8 il, Vüqar Əsədovun 7 il 6 ay, Anar İsmayılovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

İttihama görə, Ceyhun İbayev, Vüqar Əsədov, Vüqar Güləli, Anar İsmayılov və Nicat Əliyev bir qrup vətəndaşın etibarından sui-istifadə edərək, onlara qarşı dələduzluq edib.(teleqraf.com)

Məqalədə : hökm 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-07-2018 12:47



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com