Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Aprel

2018
15:14
ABŞ Suriyanı vura biləcəkmi? - ANALİZ

Suriya ətrafında yaranan gərginliklər durmadan artmaqdadır. 7 ildən artıqdır, bu ölkə xaricdən gələn maliyyə və terror dalğasına qarşı duruş gətirərək, getdikcə terrorizm üzərində qələbəyə yaxınlaşmaqdadır. 

Amma Qərbin, xüsusilə ABŞ və İsrailin maraqları təmin olmadığı üçün adıçəkilən ölkələr Suriyada sabitliyin bərqərar olmasında maraqlı görünmürlər. Odur ki, son zamanlar Suriya dövləti və müttəfiqlərinin qələbələri terror qruplaşmalarını dəstəkləyərək, Suriya hakimiyyətini devirməyə çalışan xarici qüvvələrin narahatlığına səbəb olub. 

Təxminən 10 gün əvvəl ABŞ prezidenti Donlad Tramp kürdlərə dəstək adıyla Suriyaya girdiklərinin onlara maddi cəhətdən sərfəli olmadığını bildiriərək, tezliklə bu ölkədən çıxacaqlarını açıqlamışdı. 

Ancaq sonradan bildirdi ki, “əgər Səudiyyə Ərəbistanı Suriyada qalmağımızı istəyirsə, o zaman bu ölkədəki xərclərimizi öhdəsinə götürməlidir.” Gedişat onu göstərir ki, sülalə rejimi olan Səudiyyə diktatorluğu bu rüşvəti ABŞ-a ödəməyə hazır olub. Və görünən odur ki, bu rejim İsrail, ABŞ, Fransa və İngiltərə ilə birlikdə Suriyada qanların yenidən axıdılması üçün səy göstərməkdədir. 

Hamıya bəllidir ki, ABŞ Suriyada demokratiyaya deyil, öz müxalifi olan Bəşşar Əsədi aradan aparmaq üçün hər cür cinayətlərə əl atmaqdadır. Diktatorlarla birləşib terrorçuları dəstəkləmək, BMT qətnaməsi olmadan qanunsuz olaraq, saxta məlumatlar əsasında bir ölkəyə hücum həyata keçirmək ABŞ üçün adi hala çevrilib. 

Dəməşqin yaxınlığında olan Şərqi Quta bölgəsi neçə illər idi ki, Səudiyyə, Türkiyə, Qətər və başda ABŞ olmaqla müxtəlif terror qruplşamlarının nəzarətində idi. Vəziyyət qarışan kimi, bu qruplşamalar himayədarlarının əmrilə hollivudsayağı saxta kadrlar hazırlayaraq, Suriya hökumətinə qarşı basqıların artırılması üçün hər cür vicdansızlığa əl atmaqdan belə çəkinmirdilər. 

Ötən gün Dəməşqin yaxınlığında yerləşən Şərqi Qutadakı terrorçuların son dayağı olan Duma şəhəri də azad olundu. Rusiyalı ekspertlər kimyəvi silahdan istifadə edildiyi ərazilərindən torpaq nümunəsi götüərərək, araşdırıblar. Nəticə isə gözlənildiyi kimi mənfi çıxıb. Yəni heç bir kimyəvi element aşkarlanmayıb. 

ABŞ saxta kimyəvi hücum barədə heç bir araşdrılıma aparmadan, istintaq qurulmadan, məhkəmə olmadan Suriya hökumətini qanunsuz olaraq ittiham edərək, bu ölkəyə hücum edəcəyini bildirir. Dünya çapında bu qədər qanunsuzluq və özbaşnalıq yalnız Amerika Birləşmiş Ştatları tərəfindən həyata keçirilə bilər. İraqa hücum da məhz belə saxta ittihamlarla həyata keçirilmişdi. 

Hər halda ABŞ-ın Suriyaya hücumla bağlı ultimatumun vaxtı bü gün bitir. Rusiya rəsmi Vaşınqtona ciddi xəbərdarlıq edib. İran da dolayı yolla ABŞ-a cavabsız qalmayacağını bildirib. Nəzərə almalıyıq ki, ABŞ Suriyanın kürdlər yaşayan və cənub şərq bölgəsində (Tənəf bazası) bir neçə hərbi baza yaradıb. Suriyaya hücum olunacağı təqdirdə, bu bazaların məhv edilməsi ehtimalı böyükdür. Bundan əlavə, İdlibdə beynəlxalq razılaşmalara əsasən, çoxlu sayda müxtəlif terror qruplaşmaları kompakt şəkildə yerləşdiriliblər. ABŞ-ın hücumu onların da məhvi üçün münbit şərait yarada bilər. Həmçinin İsrailin vurulması və döyüş cəbhəsinin daha da genişlənməsi ABŞ-ı ehtiyatlı davranmağa vadar edən amillərdən hesab oluna bilər. 

Türkiyənin himayəsində olan Azad Suriya Ordusu adlı terror qruplaşması da təhlükə ilə üzləşə bilər. Ötən gün Azad Suriya Ordusu qruplşmasının başçılarından biri, “ABŞ hücum edərsə, biz də əməliyyatlara qoşula bilərik” ifadəsi işlədib. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da ABŞ-ın hücumla bağlı Suriyanı hədələməsindən həvəsə gələrək, Əsədin devrilmə vaxtının çatdığını deyib. 

Bu sözlər Rusiya, İran və Türkiyənin Astana anlaşmasına, həmçinin Türkiyə zirvəsinə tam zidd ifadələrdir. Düzdür, Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini açıqlayıb, amma Əsədin hakimiyyəti altında deyil. Amma hadisələri yaxından izləyənlər unutmayıblar ki, bir zamanlar Ərdoğan Əsəd barədə danışanda, ona “qardaşım”, - deyə xitab etmişdi. Görünən odur ki, Suriya prosesində Türkiyənin rolu böyük olduğu üçün Rusiya və İran da qonşu dövlət kimi danışıqları üçtərəfli aparırlar. Amma sözügedən açıqlamalar, həmçinin AK Partiyanın nəzarəti altında olan media orqanlarında tez-tez Rusiya və İranın yaxın müttəfiqi olan Əsəd hökumətinin kimyəvi silahdan istifadə etməklə dinc sakinləri qırması barədə iddiaların səsləndirilməsi, Ərdoğan hökumətinin ABŞ-ın Suriya siyasətinə meylli olması ehtimalını artırır. Qısası, danışıqlar masasında dəstək versə də, AK Partiya hakimiyyətinə tam etimadın təhlükəli olduğu görünür. Belə olan halda, ABŞ-ın Suriyaya hücumu baş tutarsa, Türkiyədə yerləşən İncirlik aviabazası da Rusiyanın nişangahına tuş gələ bilər. Çünki bu barədə Rusiyanın açıqlamasında işarə edilib və bildirilib ki, ABŞ-ın regiondakı bazaları raketlərimizin hədəfinə tuş gələ bilər.

Bütün hallarda zaman ABŞ-ın Suriya barədə addımlarını izləməyi diktə edir.

FaktXəbər

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : ABŞ Suriya Rusiya 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2018 23:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com