Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Aprel

2018
12:15
2428
Qarabağ Azadlıq Təşkilatı qurultay üçün yer istəyir

Qarabağ Azadlıq Təşkilatı (QAT) növbəti, 5-ci qurultayının keçirilməsi üçün yer ayrılması ilə əlaqədar Bakı şəhər İcra hakimiyyətinə müraciət göndərib.

Müraciətdə qurultayın 2018-ci il mayın 12-də təxminən 1000 (min) nəfər nümayəndə və qonağın iştirakı ilə keçiriləcəyi bildirilir, uyğun yerin ayrılması xahiş olunur. QAT sədri Akif Nağı bildirib ki, qurultaya hazırlıq komitəsi 2 aydır fəaliyyət göstərir, qurultaya nümayəndəliklərin say tərkibi müəyyənləşdirilib, qurultayda seçkili orqanların hesabatlarının dinlənilməsi, uyğun qərarların qəbul olunması, sədr və digər qurumlara seçkilərin keçirilməsi nəzərdə tutulur. QAT sədri vurğulayıb ki, qurultayda təqdim olunacaq əsas xətt Qarabağda azadlıq müharibəsinin dərhal başlanması tələbi ilə bağlıdır.

Məqalədə : QAT Akif Nağı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

22

May
14:01
ÖLKƏ
1146

İlqar Məmmədov polisə çağırıldı

22

May
12:52
HÜQUQ,HADİSƏ
88

Günün qarşılaşmaları TV AFİŞA

22

May
12:30
İDMAN
993

Kolleclərə qəbul üzrə minimal ballar

22

May
12:22
ELM / TƏHSİL
583

Ümidli və ümidsiz insan arasındakı fərq

22

May
12:07
RAMAZAN AYI
114
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 14:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru