- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Yeddinci imam olan Museyi-Kazım (ə) hicrətin 128-ci ilində, Rəcəb ayının 25-də (miladi 745) dünyaya gəlib və 183-cü (miladi 799) ilində şəhid edilib. Altıncı İmam Həzrət Cəfər Sadiqin (ə) oğlu olan İmam Museyi-Kazim (ə), həyatı boyunca çox ağır zülmlər görüb. O, Əhli-beytin (ə) nurlu yolunu qoruyub, bütün zülmlərə, yanlışlıqlara, sapmalara qarşı layiqincə mübarizə aparıb.
Həzrət digər İmamlar kimi gecələri bir-bir kasıbların, köməyə möhtacların evlərini ziyarət edər, onlara lazım olan köməklik göstərərmiş. Eynilə ataları kimi bunları özünü tanıtmadan, qürurlanmadan edərmiş.
Əməvi səltənəti yıxılıb, yerinə Abbasilər keçdiyi zaman, çoxsaylı Əhli-beyt (ə) tərəfdarları təqiblərini bitdiyini ehtimal etdilər. Amma qısa bir müddət keçmədən, Abbasilər də Əməvilərin yolunu davam etdirdilər, hətta yeni zülmlərə də əl atdılar. Abbasi idarəçilərinin qorxusu, xalqın Əhli-beyt (ə) övladlarını rəhbərlikdə görmək istəyindən irəli gəlirdi. Çünki Abbasilər Əhli-beyt (ə) adından istifadə edərək, Əməviləri devirmişdilər. Abbasilər öz iqtidarlarına görə, başda Əbu Müslim Xorasani olmaqla, Əhli-beyt (ə) davamçılarına borclu idilər. Çünki Əməvi səltənətini yıxan, ona ən əhəmiyyətli zərbəni vuran - böyük Əhli-beyt (ə) öndərlərindən olan Əbu Müslim Xorasani olmuşdur. Amma Abbasilər başda Əbu Müslim olmaqla bir çox Əhli-beyt (ə) davamçılarını vəhşicəsinə qətlə yetirməkdən belə, çəkinmədilər.
Fəxx hadisəsi
“Peyğəmbər xəlifələri” kimi özlərini tanıtdıran Abbasilərin özbaşınalığı və İslam dininə zidd hərəkətləri müsəlmanlar arasında narazılığa səbəb olmuşdu. Xüsusən Həzrət Peyğəmbərin (s) nəsli olan Bəni-Haşim bu məsələdə olduqca həssas idi. İmam Həsənin (ə) nəslindən olan Hüseyn ibn Əli, İmam Museyi-Kazimın (ə) əmri ilə Mədinədə xəlifə Hadinin hakimiyyətinə qarşı qiyam etmək məqsədilə ordu topladı. Mədinə valisinin Bəni-Haşimə qarşı etdiyi təzyiqlər Hüseyni qiyamı sürətləndirməyə vadar etdi. Hüseynin planına əsasən, həcc mövsümündə o, öz qoşunu ilə Məkkəyə doğru getməli və xilafətn müxtəlif bölgələrində olan müsəlmanları xəlifəyə qarşı qiyama çağırmalı idi. Hüseynin Məkkəyə tərəf hərəkət etdiyindən xəbər tutan xəlifə, onların üstünə qoşun göndərir. İki qoşun Fəxx adlı bir yerdə qarşılaşır və qızğın döyüşdən sonra Hüseynin ordusu məğlub olur. Sağ qalan əsgərləri əsir götürüb, qətlə yetirirlər və onların başlarını xəlifənin hüzuruna göndərirlər. İmam Təqi (ə) daha sonra bu hadisə barəsində söyləyəcək: “Kərbəla faciəsindən sonra bizim üçün heç bir faciə Fəxx faciəsi kimi dəhşətli olmayıb”.
İmam Kazimin (ə) Fəxx faciəsi ilə əlaqəli olduğunu bilən xəlifə Hadi, o Həzrəti (ə) ölümlə hədələdi. Ancaq çox keçmədi ki, cəmi 1 il hakimiyyət edən xəlifə öldü. Ondan sonra hakimiyyətə gələn Harun Ər-Rəşid, əziz İmamı (ə) sürgün etdirərək, həbsə atdırdı.
İmam Musa Kazım (ə) zindanda
İmam Kazim (ə) ömründə iki dəfə Mədinədən sürgün olunub. Birinci dəfə xəlifə Mehdinin dövründə, ikinci dəfə isə Harunun dönəmində.
Harun öz hakimiyyəti dövründə hesab edirdi ki, İmam Museyi-Kazim (ə) böyük var-dövlətə sahib olub, öz ətrafına müxalif qüvvələri toplayacaq. Əhalinin böyük hissəsinin öz xüms və zakatlarını İmama (ə) verdiklərini xəlifə çox yaxşı bilirdi. Bu səbədən, Harun Mədinəyə səfəri zamanı İmam Kazimi (ə) həbs etmək qərarına gəlir. Mədinə valisinə tapşırıldı ki, İmam Bəsrəyə göndərilib, orada həbs olunsun. Bir il Bəsrə zindanında qaldığı müddətdə İmam Kazim (ə) Bəsrə valisini öz əxlaqı və mənəviyyatı ilə o qədər təsirləndirmişdi ki, vali xəlifənin İmamı öldürmək əmrinə qarşı çıxdı. Bundan sonra xəlifənin tapşırığı ilə İmam Kazimi (ə) Bağdada aparıb burada həbsdə saxladılar. Zindanın rəisi Bəsrə valisi kimi İmamın mənəviyyatının təsirinə düşərək, xəlifədən o Həzrətin başqa zindana köçürülməsini xahiş etdi. Zindanların dəyişilməsinin səbəbi bundan ibarət idi ki, Harun zindan qarovulçularından İmamı öldürmələrini tələb etdikdə, onların heç biri bu işi görməyə razı olmurdu. Üçüncü zindanın məsulu Sind (lən) İmamı zəhərləməyə razı oldu və hicri 183-cü ildə 55 yaşında İmam Musa ibn Cəfər Kazim (ə) şəhadətə çatdı.
Harun yalançı şahid gətirməklə çalışdı ki, İmamın zindanda öz əcəli ilə öldüyünü isbat etsin və bu hiylə ilə həm özünə bəraət qazandırsın, həm də İmamın tərəfdarlarının üsyanının qarşısını alsın. Lakin onun bu hiyləsi baş tutmadı və nəhayət, Harunun qohumlarından olan Süleymanın cəhdləri nəticəsində Bağdadda üsyan baş verdi ki, bu da İmamın mübarək bədəninin gizlincə dəfn edə bilməmələrinə, eləcə də Harunun özünün də əzadarlara qoşularaq dəfn mərasimində iştirak etmək məcburiyyətində qalmasına səbəb oldu. Nəhayət, İmam Musa Kazim (ə) xalqın matəm və əzası altında İraqda, Kazimeyndə torpağa tapşırıldı. O Həzrətin məzarı bu gün də müsəlmanların ziyarətgahıdır.
İmamın təbliğ nümunəsi
Bir gün İmam Museyi-Kazim (ə) bir küçədən keçəndə, bir evdən çal-çağır səsini eşitdi. Zadəganlardan sayılan ev sahibi özü üçün kef məclisi qurub, əylənməklə məşğul idi. Bu zaman evin qapısı açıldı və zibilləri bayıra atmaq üçün bir kəniz eşiyə çıxdı. Kənizin gözü İmama sataşan kimi, ona salam verdi. İmam ondan soruşdu: «Bu evin yiyəsi quldur, ya azad?»
Kəniz, "Azaddır", - dedi.
İmam buyurdu: «Azad olduğu bəllidir. Әgər bəndə olsaydı, Allahdan qorxub bu işləri görməzdi».
Kəniz evə qayıtdıqdan sonra ağası nə üçün gecikdiyini ondan soruşduqda, kəniz əhvalatı olduğu kimi onun üçün danışdı.
O kişi bir az duruxub, İmamın sözləri barədə düşündü. Birdən yerindən qalxıb ayaqyalın İmamın dalınca qaçdı. Özünü o Həzrətə yetirib, salam verdi və İmamın hüzurunda öz əməlindən peşman olduğunu söyləyib, tövbə etdi. O gündən sonra kef məclisini ibadətgaha çevirdi və həmin günün xatirəsini əbədi yaşatmaq üçün o gündən etibarən ayaqyalın gəzərdi. Buna görə də ona Büşri-hafi (ayaqyalın Büşr) deyirdilər.
- 09-02-2019 09:36 Xanım Zəhra (s.ə) zirvəsinin bəşəriyyətə təsirləri
- 07-02-2019 14:32 Allahşükür Paşazadə dini icmalara tapşırıq verib
- 04-02-2019 11:18 Əgər Allah istəsə...
- 25-01-2019 15:22 Murtuza Muxtarovun Vladiqafqazda inşa etdirdiyi məscid yenidən bərpa edilib
- 20-01-2019 15:08 Xanım Zəhra (s.ə) ictimai şəxsiyyət kimi cəmiyyətimizə nümunə ola bilər
- 14-01-2019 11:45 Hacı olmaq istəyən azərbaycanlıların diqqətinə: QİYMƏT QALXACAQ
- 09-01-2019 16:18 İlahi qaydalara uyğunsuzluq fəsadın əsasıdır - VİDEO MÜSAHİBƏ
- 08-01-2019 16:58 Hacı Şəhla məscidi bərpa olunub
- 08-01-2019 11:40 Hər bir sualın cavabını Quranda axtarmaq yanlışdır - ilahiyyatçı
- 27-12-2018 21:56 Qafqaz Müsəlmanları İdarəsinə 4 milyon manat ayrılıb
- 24-12-2018 10:51 İslamda evlənməyin əhəmiyyəti
- 18-12-2018 10:39 Bu gün Həzrət Məsumənin (s.ə) vəfat günüdür
- 16-12-2018 12:53 Bu gün İmam Həsən Əsgərinin (ə) mübarək mövlud günüdür
- 13-12-2018 16:20 Mikrobu ilk tapan alim həm də İstanbul fəthinin banisi imiş
- 13-12-2018 09:54 Müsəlmana elm öyrənmək niyə vacibdir?
- 10-12-2018 14:50 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 40-CI YOL
- 07-12-2018 17:05 Dünyanın ən qədim və hündür minarəli məscidi - FOTO
- 05-12-2018 11:55 Azərbaycanda dini münasibətlərin tənzimlənməsi ilə bağlı yeni qanun hazırlanıb
- 03-12-2018 10:05 Almaniya DİN-i İslam Konfransının iştirakçılarını donuz ətinə qonaq edib
- 30-11-2018 11:11 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 39-CU YOL
- 29-11-2018 16:42 Gəncə İmamzadəsindəki icma qeydiyyata alınıb
- 26-11-2018 13:17 AİP Qadınlar Şurası "Vəhdət Həftəsi" münasibətilə Gəncədə tədbir keçirdi - FOTO
- 25-11-2018 21:00 Peyğəmbərin mövludu Bakıda möhtəşəm şəkildə qeyd edildi - FOTO-VİDEO
- 21-11-2018 14:10 AİP Peyğəmbərin mövludu və “Vəhdət həftəsi” münasibəti ilə Azərbaycan xalqını təbrik etdi
- 20-11-2018 11:27 Müsəlmanların vəhdət həftəsi başlayır