Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Aprel

2018
10:55
Rusiyada ən gəlirli peşələr açıqlanıb

Rusiyada 2018-ci ilin birinci rübünün yekunlarına əsasən ən gəlirli sahələr biznesin inkişafı üzrə menecer, proqramçı, sistem inzibatçısı və daxili auditor seçilib. FaktXəbər "RİA Novosti"yə istinadən bildirir ki, bu barədə "Headhunter" şirkəti hesabat hazırlayıb.

Hesabatda qeyd edilir ki, Moskva və Sankt-Peterburq başda olmaqla, Rusiyanın bütün regionlarında ən çox maaaş alan sahələr məhz bunlardır.

Araşdırmalar göstərib ki, Rusiyada proqramçının məcmu aylıq gəliri 100-110 min rubl, Peterburqda 80-100 min rubl, regionlarda isə təxminən 60-70 min təşkil edir.

Biznesinin inkişafı üzrə menecerlər Moskva və Peterburqda 70-80 min rubl, regionlar da isə 60-70 min rubl maaş alır. Sistem administratoru və daxili auditorların maaşı 40-50 min rubl civarındadır.
 
Rusiyada ən çox maaş alan peşə sahibləri arasında daşınmaz əmlak üzrə agentlər, mühəndislər, marketinq və reklam mütəxəssisləri, iqtisadçılar və hüquqşünasların gəlir səviyyəsi Moskvada 70-80 min rubl, Peterburqda 60-70 min rubl, regionlarda isə 40-50 arasında dəyişir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Rusiya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 18:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com