Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Aprel

2018
08:30
Prezident İlham Əliyev xalqa müraciət edib

Azərbaycan prezidenti İlham Əliyev xalqa müraciət edib.

O, Azərbaycan xalqının yenidən ona böyük etimad göstərdiyini, sabitliyə, təhlükəsizliyə, inkişafa səs verdiyini bildirib:

“Son illər ərzində bir çox mötəbər beynəlxalq təşkilatlar bizim mövqeyimizi, ədaləti dəstəkləyən bir sıra qərar və qətnamələr qəbul ediblər. Biz böyük diplomatik qələbələrə nail olmuşuq. Eyni zamanda, döyüş meydanında biz böyük qələbəyə nail olmuşuq. Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızın bir hissəsini işğalçılardan azad edib. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan təmizlənib və o torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. İşğaldan azad edilmiş torpaqlara həyat qayıdır, insanlar qayıdır. O torpaqlarda prezident seçkiləri keçirilir. Gün gələcək və bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq, bu torpaqlarda prezident seçkiləri keçiriləcək”.

Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan dünyanın ən rəqabətqabiliyyətli ölkələrindən biridir : “Rəqabət qabiliyyətliliyinə görə biz 35-ci yerdəyik. Siyasətimizin mərkəzində həmişə Azərbaycan vətəndaşı, onun problemləri, qayğıları, onun rifahı olubdur. Azərbaycan bu illər ərzində kosmik dövlətə çevrilibdir. Bütün istiqamətlər üzrə nəticələr göz qabağındadır. Azərbaycan nəhəng enerji və nəqliyyat layihələrini icra edir. Bizim təşəbbüsümüz və fəal iştirakımızla o layihələr əsasında Avrasiyanın enerji və nəqliyyat xəritələri yenidən tərtib olunur. Azərbaycan dövləti heç vaxt bugünkü qədər güclü olmamışdır. Biz güclü dövlət qurmuşuq, daha da güclü Azərbaycan qurmalıyıq və əminəm ki, quracağıq. Keçdiyimiz yol, qələbələr, uğurlar yoludur. Əminəm ki, biz həmişə qələbələr yolu ilə gedəcəyik. Yeni qələbələrə doğru irəli!”

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Prezident İlham Əliyev 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2018 21:54



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com