Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Aprel

2018
19:29
2121
ELS `Exit-poll`un ilkin nəticələrini açıqladı: İlham Əliyev 82,71 faiz səs toplayıb

ELS Müstəqil Araşdırmalar Mərkəzi prezident seçkiləri ilə bağlı “exit-poll”un ilkin nəticələrini açıqlayıb.

FaktXəbər-in məlumatına görə, mərkəzin rəhbəri İradə Yaqubova bildirib ki, prezident seçkilərində 118 dairədə 300 məntəqədə "exit-poll" aparılıb: “80 min anket əsasında biz nəticə çıxardıq. Gün ərzində hər saatdan bir anketlər qutudan anketlər çıxarılır və səslər sayılırdı. Anketdə seçki prosesi və başqa məsələlərlə bağlı suallar var idi. Seçici fəallığı gün ərzində 68,7 faiz olub. “Exit-poll” uğurla başa çatdı.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin apardığı “exit-poll”un nəticələri aşağıdakı kimidir:

İlham Əliyev – 82,71 faiz

Zahid Oruc – 3,37 faiz

Araz Əlizadə - 1,87 faiz

Qüdrət Həsənquliyev – 4,23 faiz

Fərəc Quliyev – 1,33 faiz

Hafiz Hacıyev – 2,1 faiz

Razı Nurullayev – 0,92 faiz

Sərdar Cəlaloğlu – 3,56 – faiz".

Məqalədə : Prezident seçkiləri 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-07-2018 16:42



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com