Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Aprel

2018
17:44
Türkiyədən ABŞ-Rusiya `atışması` barədə narahat açıqlama

Türkiyənin baş nazir Binalı Yıldırım "21-ci Avrasiya İqtisadiyyat Zirvəsi"ndə bu gün ABŞ və Rusiya arasında başlayan gərginlikdən danışıb.

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, Yıldırım, "bu gün Balkanlarda sülhün, təhlükəsizliyin, sabitliyin davam etməsi üçün hamımızın üzərinə böyük vəzifələr düşür, çünki Orta Şərqdə onsuz da kifayət qədər problem var. Başqa bölgələrə də bu problemin yayılmasının qarşısını mütləq almaq lazımdır. Türkiyə Balkanlarda bu anlayışla hərəkət edir. Türkiyənin imperialist hədəfləri heç vaxt olmayıb, bundan sonra da olmayacaq", - deyə bildirib. 

Xüsusi ilə əllərində böyük güc olan ölkələrin, BMT-nin daimi nümayəndələrinin bu günlərdə daha böyük məsuliyyət altında olduqlarını söyləyən Yıldırım belə davam edib:

"Etdikləri nədir? Tweet ataraq bir-birilərini təhdid edirlər. Qardaşım, dünya, bölgə sizin qarşılıqlı atışmanızı, milyonlarla insanın məhv olmasını müşahidəmi edəcək? Biri deyir, "mənim daha yaxşı paketim var. O biri deyir, "yox, mənim daha yaxşı paketim var. At baxaq. Atmasan belə olacaq". Küçə davasına oxşayır. Küçə qoçuları kimi dava edirlər".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Türkiyə Suriya Rusiya Suriya 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 17:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com