Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Aprel

2018
16:00
Qoz ürəyə ətdən xeyirlidir

Ürək-damar xəstəlikləri bütün dünyada insan ölümlərinə ən böyük səbəbdir. Ürəklə bağlı problemlərlə rastlaşmamaq üçün ilk növbədə qidalanmamıza diqqət etməliyik.

Şimali Amerikadan olan alimlər 5 il müddətində 80 min insan üzərində araşdırma aparıblar. Pasiyentlərin hamısından qidalanmaları barədə soruşulub. Onlar arasında ətyeyənlərlə bərabər vegetarianlar da olub. Qadın və kişidən ibarət pasiyentlər 25-44 yaş aralığına daxil olublar.

FaktXəbər-in məlumatına görə, alimlər qrupuna rəhbərlik edən Kaliforniyanın Loma Linda Universitetinin professoru Hari Freyzer iştirakçıların hansı aralıqda nə qədər ət, qoz, bitki mənşəli qidalar qəbul etdiyini açıqlayıb. Bütün bu qidalar zülüllarla zəngin olmasına baxmayaraq, zülalın mənşəyi böyük əhəmiyyət kəsb edir. 

Ürək probleminin yaranması qırmızı ətdən istifadə edənlərdə 60%, qozdan və günəbaxan tumundan istifadə edənlərdə isə 40%-dir. "Qandakı zərərli xolestrinin miqdarını azaltmaq üçün gün ərzində 10-14 ədəd qoz yemək məqsədəuyğundur", - Hari Freyzer bildirib. 

Amma bununla belə, tədqiqatçılar müəyyənləşdirə bilməyiblər ki, meyvə, tərəvəz, paxlalı və dənli bitkilərdən istifadə ürək-damar xəstəlikləri olan insana necə təsir göstərir. Ancaq alimlər qeyd edir ki, bu məhsullar hər bir qida rasionuna daxil olmalıdır.

Bu araşdırmanın nəticələrini nəzərə alaraq, alimlər vurğulayırlar ki, insanlar öz ürək sağlamlığı üçün qırmızı ət istehlakını azaltmalı, günəbaxan tumu və qoz qəbulunu artırmalıdır. 

Qırmızı ət artıq uzun müddətdir alimlər tərəfindən sağlam qida hesab edilmir. Onun istifadəsi xərçəng xəstəliyinin müxtəlif formalarının inkişaf riskinin artması ilə əlaqələndirilir. Tədqiqatçılar toyuq və ya hind quşu ətindən istifadəni məsləhət görürlər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : qoz ət ürək xəstəlikləri 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2018 10:02



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com