Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Aprel

2018
12:25
Elman Rüstəmov deyir DEVALVASİYA OLMAYACAQ!

"Ölkəmizdə makroiqtisadi sabitlik var. Onun çox ciddi iqtisadi dayaqları mövcuddur. Ölkənin xarici balansına əsaslanıb deyə bilərəm ki, tədiyyə balansı pozitiv zonadadır. İlin vvəlindən ölkənin valyuta ehtiyatları artıb" 

FaktXəbər-in məlumatına görə, bunu "Azvision"-a açıqlamasında Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bildirib.

"Əsas ixrac potensialı olan neftin qiyməti sabit olaraq qalır. Ötən ilin müvafiq dövrünə nisbətən 25 faiz yuxarıdır. Ölkədə qeyri-neft ixracı artıb, turizm inkişaf edir və turizmdən əldə olunan valyuta gəlirləri artıb. Ölkədə iqtisadi fəallıq yüksəlib. Bu makroiqtisadi mənzərədən görünür ki, devalvasiyadan sphbət gedə bilməz. Manatın zəifləməsindən söhbət gedə bilməz. Bunun üçün ciddi arqument yoxdur. Əsas xarici ticarət tərəfdaşlarımızda izləyirik ki, onların valyuta məzənnələrində olan dəyişikliklər psixoloji olaraq 0,2 - 0,3 faiz dərəcəsində nağd valyuta müəyyən valatelik yarada bilir. Amma bu ciddi bir şey deyil. Rəsmi məzənnə sabitdir. Biz bankların bütün tələbatlarını ödəyirik. Ölkəyə kifayət qədər nağd valyuta gətirilib. İstənilən tələbatı ödəməyə hazırıq. Bunu edirik və edəcəyik. Heç bir tərəddüd üçün əsas yoxdur. Ümumi iqtisadiyyat sabitdir. Milli valyutamızın da sabitliyi bu gün çox möhkəm makroiqtisadi dayaqlar üzərindədir. Hamını sakitliyə çağırırram. Biz arzu edirik ki, qonşu ölkələrimizdə də bundan sonra hər şey qaydasına düşəcək"- Baş bankir deyib.

Xatırladaq ki, 2 il qabaq Elman Rüstəmov manatın məzənnəsinin çox möhkəm olduğunu söylədikdən sonra ciddi devalvasiya baş vermişdi. Ona görə də, baş bankirin manat barədə hər açıqlaması cəmiyyət tərəfindən təlaşla qarşılanır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : manat məzənnə devalvasiya 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2018 23:55



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com