Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Aprel

2018
21:12
Bu ilin I rübündə dövlət büdcəsi 155 mln. manatlıq profisitlə icra olunub

Maliyyə Nazirliyi 2018-ci ilin birinci rübündə dövlət büdcəsinin icrasına (operativ) dair məlumatı açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, 2018-ci ilin birinci rübündə dövlət  büdcəsinin mədaxili 4562,9 mln. manat,  xərcləri 4408,0 mln. manat olub, 154,9 mln. manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.

2018-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 4428,5 mln. manat proqnoza qarşı 4562,9 mln. manat və yaxud 134,4 mln. manat (3,0 faiz) çox olub. Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 1436,5 mln. manat vəsait daxil olub ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 15,8 mln. manat və ya 1,1 faiz çoxdur. Həmin vəsaitin 67,5 faizi və yaxud 969,7 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür. 2018-ci ilin birinci rübündə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 726,9 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,3 faiz və yaxud 155,8 mln. manat çoxdur. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən  daxilolmaları 79,3 mln. manat təşkil edib. Sair daxilolmalar üzrə büdcəyə  21,2 mln. manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 71,0 faiz və yaxud 8,8 mln. manat çoxdur.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 2299,0 mln. manat  vəsait transfert edilib.   2018-ci ilin birnici rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 108,8 faiz və yaxud 4408,0 mln. manat icra olunmuşdur. İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 40,0 faizi və ya 1761,3 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz və ya 125,6 mln. manat çoxdur. 2018-ci ilin birinci rübündə dövlət büdcəsi xərclərinin 2299,1 mln. manatı və ya 52,2 faizi cari xərclərə, 1627,2 mln. manatı və ya 36,9 faizi əsaslı xərclərə, 481,7 mln. manatı və ya 10,9 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə  yönəlib.

Cari ilin birinci rübündə  dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına  168,9  mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 655,6 mln. manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə 21,2 mln. manat vəsait yönəlib. 2018-ci ilin ilk üç ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.  

Cari ilin birinci rübündə icmal büdcənin gəlirləri 7062,5 mln. manat olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1412,9 mln. manat və ya 25,0 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 4757,9 mln. manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1994,8 mln. manat və ya 29,5 faiz azdır. İcmal büdcədə 2304,6 mln. manat artıqlıq (profisit) yaranıb.

Məqalədə : büdcə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53495

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51673

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53173

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52878

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58238

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52511

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52902
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-11-2020 10:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru