Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Aprel

2018
16:51
2112
Ukrayna `Smerç`dən güclü silah istehsal edib

Ukrayna ordusu “Smerç”dən üstün hesab etdiyi yeni raket kompleksini sınaqdan keçirib. FaktXəbər "RİA Novosti"yə istinadən bildirir ki, bu barədə ictimaiyyətə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov məlumat verib.

O, bildirib ki, “Olxa” raket kompleksinin sınağı Ukraynanın Odessa vilayətinin cənubunda baş tutub: “Bu layihə üzərində çalışan hər kəsə təşəkkür edirik. Bu raket kompleksi Rusiyanın “Smerç” raket kompleksindən üstün sayılır. Bütün sınaqlar başa çatdıqdan sonra “Olxa” raket kompleksinin davamlı istehsalına başlanılacaq”.

Qeyd edək ki, "Smerç" - Katyuşa nəslindən olan reaktiv yaylım atəşi sistemidir. Çoxfunksiyalılığı, manevrliyi, yüksək etibarlığı, dəqiqliyi və gücüdür. Altı ədəd "Smerç"dən ibarət bir briqananın açdığı yaylım atəşi ilə bir diviziyanın hərəkətini dayandırmaq və ya kiçik bir şəhəri tam məhv etmək mümkündür.

Məqalədə : "Smerç" 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2018 07:42

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status