Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Aprel

2018
15:13
BMT-də Rusiya və ABŞ nümayəndələri `atışdı` - VİDEO

BMT-nin Təhlükəsizlik Şurasında ABŞ və Rusiyanın daimi nümayəndləri Suriyada kimyəvi silahdan istifadə mövzusunda söz savaşına çıxıblar. FaktXəbər-in verdiyi məlumata görə, Birləşmiş Ştatların daimi nümayəndəsi Nikki Heyli çıxışı zamanı Rusiyanı hədələyib və ölkəsinin cavab verəcəyini deyib: "Biz təhlükəli uçurumun astanasındayıq. Kimyəvi silahı nə vaxtsa dünyanı birləşdirən qüvvə istifadə edir. Beynəlxalq ictimaiyyət buna yol verməməlidir. Biz vicdana çağırış etmək və ölü körpələrin şəkillərini yuxarıda göstərmək istəmirik. Biz elə bir məqama çatmışıq ki, dünya ədalətin bərqərar edilməsini görməlidir. Tarix buna şahidliq edəcək ki, Təhlükəsizlik Şurası öz öhdəliklərini yerinə yetirərək Suriya xalqını qoruya bilməyib. İstənilən halda Birləşmiş Ştatlar buna cavab verəcək".
 
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya isə qeyd edib ki, Vaşinqtonu belə olan halda ağır nəticələr gözləyir: "Qərb həmkarlarımızdan heç biri obyektiv informasiya dinləmək və eşitmək istəmir. Siz Dəməşqi kimyəvi hücuma görə hadisə baş verməmişdən əvvəl ittiham edirsiniz. Bizim təqdim etdiyimiz məlumatlar sizi qane etmir. Siz sadəcə buna qulaq asmaq istəmirsiniz. Bunu siz demisiniz ki, kimyəvi hücumun istifadə edilməsi ilə bağlı şahid yoxdur. Kimyəvi hücumla bağlı nə iz, nə ölü, nə yaralı, nə də xəsarət alan var və heç kim xəsətəxanaya müarciət də etməyib. Yayılan kadrlar isə "Ağ dəbilqələr"in növbəti tamaşasıdır".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : BMT 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 18:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com