Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Aprel

2018
14:50
882
Xorvatiya Azərbaycanda səfirlik açıb

Xarici İşlər Nazirlyinin Dövlət Protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Xorvatiya Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Refik Şabanoviçi qəbul edib. 

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə R.Şabanoviç Xorvatiyanın Xarici və Avropa İşləri üzrə Nazirliyi tərəfindən ünvanlanmış notanı P.Mirzəzadəyə təqdim edib.

Notada iqamətgahı Bakı şəhəri olmaqla Xorvatiyanın Azərbaycanda Səfirliyinin təsis edilməsi barədə məlumat verilir. İndiyə qədər Xorvatiyanın Azərbaycana akkreditə olunmuş səfirliyi qeyri-rezident əsasda fəaliyyət göstərir və Xorvatiya müvəqqəti ofis vasitəsilə təmsil olunurdu.

P.Mirzəzadə Xorvatiyanın Azərbaycanda diplomatik təmsilçiliyinin səfirlik səviyyəsinə yüksəldilməsinin iki ölkə arasında əməkdaşlığın və dostluğun daha da genişləndirilməsi və irəlilədilməsinə təkan verəcəyini bildirib.

Məqalədə : Xorvatiya səfirlik 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2018 17:34

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status