Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Aprel

2018
14:39
798
XİN yəmənli bloqeri bağışladı

Yəmən vətəndaşı, bloqer Nada Ahmed Ali Al-Nahdi məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”na salınmamasını xahiş edib. 

XİN-in mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, məktubunda N. Al-Nahdi Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyinə və qanunlarına hörmət etdiyini bildirib.

Qanunsuz səfərin fəsadlarından əvvəlcədən məlumatlı olmadığını bildirən N. Al-Nahdi Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini vurğulayıb və işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib. Məktubunda o həmçinin, gələcəkdə ölkəmizin işğal altında olan ərazilərinə bu kimi səfərlərdən çəkinəcəyini bildirib.

N. Al-Nahdinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının “Arzuolunmaz şəxslər siyahısı”na salınmamasına dair qərar qəbul edilib.

Məqalədə : XİN 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-04-2018 22:25

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status