Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Aprel

2018
22:35
Ermənistanın yeni prezidenti Qarabağda sülhdən danışdı

Bu gün vəzifələrinin icrasına başlamış Ermənistanın yeni prezidenti Armen Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın rolunu vacib sayır.

FaktXəbər-in məlumatına görə, bu barədə TASS agentliyi yazıb. Sarkisyan qeyd edib ki, 25 ildən çoxdur münaqişənin təınzimlənməsi üzrə danışıqlar ATƏT-in Minsk qrupu çərçivəsində həmsədr ölkələr - Rusiya, ABŞ və Fransanın təklif etdikləri prinsiplər əsasında aparılır və Rusiya bu məsələdə həlledici rola malikdir: “23 il bundan öncə Qarabağda üçtərəfli atəşkəs məhz Rusiyanın vasitəçiliyi sayəsində əldə olunub. Aydındır ki, problemin tənzimlənməsi üçün sülhə və anlaşmaya gəlməyə siyasi iradə olmalıdır. Son nəticədə bütün regional münaqişələr həllini tapır, bunlar dəf ediləndir. Tarix bundan daha qəddar və dramatik münaqişələr görüb”.

Xatırladaq ki, bu gündən 2008-ci ildən respublikaya rəhbərlik edən Serj Sarqsyanın səlahiyyətləri başa çatıb.

2015-ci il referendumunda qərara alınmışdı ki, Ermənistan 2018-ci ildə  tamamilə parlament idarəçiliyinə keçəcək. Belə olan halda  prezidentlik vəzifəsi simvolik xarakter daşıyır.

Yeni Konstitusiya prezidentə zərrə qədər də olsa praktiki funksiya vermir. O, parlamentin spikeri kimi yeni Təhlükəsizlik Şurasının tərkibinə də daxil olmayacaq. Təhlükəsizlik Şurasına baş nazir rəhbərlik edəcək.

Beləliklə, ölkədə əsas sima aprelin 17-də seçiləcək baş nazir olacaq.

Müxalifət Serj Sarqsyanın baş nazir olacağını və hakimiyyətini bu yolla davam etdirəcəyini düşünür.

""Super baş nazirin" yaradılması üçün hər şey edilib, hansı ki, səlahiyyətləri cari prezidentin səlahiyyətləri qədər, hətta ondan da çox olacaq", - deyə müxalif deputat  Edmond Marukyan bildirib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Armen Sarkisyan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2018 15:29



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com