Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Aprel

2018
19:04
Ermənistanda hakimiyyət dəyişikliyi Qarabağa nə verəcək?
Politoloq İlqar Verdizadənin şərhi

Ermənistanın yeni prezidenti Armen Sərkisyan bu gündən öz vəzifəsinin icrasına başladı. Eyni zamanda ölkə Parlament idarəçiliyinə keçdi. Bəs görəsən bu dəyişikliklər Qarabağ münaqişəsində hər hansı bir rol oynayacaqmı?

FaktXeber.com məsələ ilə əlaqədar politoloq İlqar Verdizadədən münasibət öyrənib.

Siyasətçi təəssüflə bildirdi ki, Ermənistanda baş verən siyasi dəyişikliyin Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə təsirlərindən danışmaq hələ çox tezdir: "Çünki bilmirik ki, yeni köhnə komnada özünü bu prosesdə necə göstərəcək. Burada çox şey baş nazirin kim olmasından asılıdır. Serj Sarqsyan olacaqsa, hakimiyyətdən nəsə gözləməyə dəyməz, yaxud gözlənilənlərə optimist yanaşmaq düzgün olmazdı. Amma doğrudan da bir koalisiya şəklində hakimiyyəti görsək, bəlkə də Qarabağ münaqişəsinin həllində müəyyən proqress gözləmək olar."

"Ermənistan həqiqətən də siyasi islahatlar başladığını söyləmək olarmı" sualına cavabında isə politoqloq bildirdi ki, qonşu dövlətdə üzdən islahatlar aparılır: "Ancaq əsas məsələ başqa idi. 2016-cı il aprel hadisələrindən sonra Ermənistan hakimiyyəti ciddi böhran vəziyyətinə düşdü; hakimiyyət daxili, xarici qruplar, xüsusilə diasporlar tənqidə başladılar, Serj Sarqsyan və siyasətinin ölkəni uçuruma apardığını bildirdilər. Sarqsyan da belə bir addım atdı: Milli Barışıq Hökumətini qurulmasını elan elədi. Bu hökümət 2016-cı ilin oktyabrında yarandı. Yeni komanda Köçəryanın adamları, yaxud Rusiya biznesinin nümayəndəsi Karen Karapetyan (ArmRosGazprom təbii qaz paylama şirkətinin rəhbəri) və sair oldu. Axırda belə bir vəziyyət yarandı ki, Sarqsyan hakimiyyəti saxlamaq istəyirsə, onlarla bölüşməlidir; hakimiyyət bölgüsü getdi - Sarqsyan əlində rıçaqları saxlamağa çalışdı, amma digərləri ilə hakimiyyət bölüşmək məcburiyyətindədir. İndiki prezident Sərkisyan Amerikanın Qərb lobbisinin təmsilçisidir, uzun müddət İngiltərəyədə yaşamış adamdır, orda biznesi var, Karapetyan Eusiya biznesmenlərinin, erməni disaporlarının təmsilçisidir. Burda balans yaradır. Ondan başqa onlar həm də hakimiyyətin sponsorlarıdır. Xarici vəsaitin daxil olması üçün bir zəmanətçisidir. 2016-cı ildə belə bir şərait yarandı ki, diasporlar və xaricdə yaşayan ermənilər artıq pul verməkdən imtina etdilər. Sarqsyan pul axınını təmin etmək məqsədi ilə onları hakimiyyətə daxil etməyə məcbur oldu."

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Ermənistan Qarabağ Sarkisyan 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2018 23:55



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com