Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Aprel

2018
16:50
Müdafiə Nazirliyi bəyanat yayıb

 Son günlər Ermənistan mətbuatı ölkənin rəsmi qurumlarına istinadən növbəti dəfə təxribat xarakterli məlumatlar yaymaqla ictimaiyyətdə yanlış fikir yaradaraq qoşunların qarşıdurma xəttində gərginliyi artırmağa cəhd göstərir.

Bu barədə FaktXəbər-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, aprelin 8-i və 9-da Ermənistan kütləvi informasiya vasitələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası, Qazax və Tovuz istiqamətlərində Azərbaycan ordusunun bölmələri tərəfindən Ermənistan ərazisinin guya atəşə tutulması barədə məlumatlar yayıb: "Qeyd edək ki, Azərbaycan Ordusunun bölmələri Ermənistan ilə dövlət sərhədi boyu atəşkəs rejiminə tam riayət edir. Erməni tərəfinin yaydığı məlumatlar həqiqətə uyğun deyil, gələcək təxribatlar üçün zəmin yaradır və bu kimi xəbərlərin davamlı olaraq yayılacağı istisna edilmir".

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınacaq, tərəfimizdən dərhal, sərt və sarsıdıcı cavablar veriləcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Müdafiə Nazirliyi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2018 21:54



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com