Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Aprel

2018
16:18
Bədbinliyin ictimai zərərləri və mənfi təsirləri

Sui-zənn və bədbinliyin ictimai zərərləri və mənfi təsirləri olduqca çoxdur.

Bu xislətə düçar olan və hamıya bədbinliklə baxanlar hadisələrin və ictimai səhnələrdəki fəaliyyətlərin səbəblərini ayırd edə bilməyib, çoxlu səhvlərə yol verir, öz aləmində hər şeyi həqiqətə zidd görürlər. Elə buna görə də həmişə geridə qalır, ələ düşən fürsət və dəyərli şəxslərdən faydalanmır və hər yerdə düzgün nəticə çıxara bilmirlər.

Sui-zənn, bədbinlik və bədgümanlıq ictimai həmkarlığa, qəlblərin bir-birinə qovuşmasına da böyük manedir. Həmin xislət insanı fərdi həyata, tək yaşamağa, tənhalığa, ondan törəyən digər səhv fikirlərə doğru çəkir, başqasına etimadın, inamın qarşısını alır, həmkarlığın əsasını qırır.

Başqalarının eyiblərini arayıb-axtarmaq da sui-zənn, bədbinik və bədgümanlıqdan yaranır və Qurani-Kərimin “Hücurat” surəsinin 12-ci ayəsi buna bir misaldır:

“Ey iman gətirənlər! Gümanlardan çox çəkinin. Çünki (həqiqətə zidd) gümanların bəzisi(nin arxasınca getmək) günahdır və (həmin bəzilərin hansı gümanlar olması məlum olmadığı üçün onların hamısından çəkinmək lazımdır. Həmçinin başqalarının eyb və sirlərini) arayıb-axtarmayın və bir-birinizin qeybətini etməyin. Məgər sizin biriniz öz ölmüş qardaşının ətini yemək istəyər? (Şübhəsiz,) ondan iyrənərsiniz. Allahdan qorxun ki, Allah çox nəzər yetirən, tövbə qəbul edən və mehribandır.”

Bəzən sui-zənn və bədbinlik ədavət və kin-küdurətə, hətta qanlı döyüşlərə də səbəb olur. Nəticə etibarilə ailə ocaqları dağılır, böyük və layiqli şəxslər qətlə yetirilir. Qurani-Kərimin “Hücurat” surəsinin 6-cı ayəsində, "Ey iman gətirənlər! Əgər bir fasiq sizə xəbər gətirsə onu araşdırın ki, məbada, bilmədən bir dəstəyə ziyan yetirəsiniz və sonra etdiyinizdən peşman olasınız", – deyə bildirilir.

Sui-zənn, bədbinlik və bədgümanlıq insanlar arasında dostluq və məhəbbəti də söndürür, yerinə nifaq və ikiüzlülük toxumlarını səpir. Bu xislətin sahibi zahirdə başqaları ilə normal ünsiyyət saxlasa da, batində bədbinliklə bərabər riyakarlıq ruhiyyəsi güclənməyə başlayır.

Bir sözlə, sui-zənn və bədbinliyin ictimai zərər və təsirləri bizim təsəvvür etdiklərimizdən daha çoxdur və yuxarıda qeyd olunanlar onun bir hissəsini təşkil edir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : bədgümanlıq sui-zənn 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2018 11:15



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com