Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Aprel

2018
15:55
Qeydiyyatından keçən dini icmaların sayı 808-ə çatıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən dövlət qeydiyyatına alınan bir qrup dini icmaya şəhadətnamələr təqdim edilib. 

Dövlət Komitəsinin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, bu məqsədlə təşkil edilmiş toplantıda Dövlət Komitəsi sədrinin birinci müavini, Aparat rəhbəri, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak edib.

Ölkənin nümunəvi dövlət-din modelindən danışan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Salahlı bildirib ki, müstəqilliyimizi əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi dövlət-din münasibətlərində də sürətli inkişafa nail olunub, dövlətçiliyimizə, milli-mənəvi dəyərlərimizə, dinimizə uyğun qaydalar müəyyənləşdirilib. Sədrin birinci müavini bu müdrik siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Diqqətə çatdırıb ki, Azərbaycan tolerantlığı, multikultural ənənələrə sadiqliyi ilə bütün dünyada örnək göstərilən ölkələrdəndir. Dövlət başçısının sərəncamları, tapşırıq və tövsiyələri ilə ölkəmizdə bir sıra məscid, kilsə, sinaqoqlar tikilib və bərpa olunub, mütəmadi olaraq müsəlman və qeyri-müsəlman dini icmalara maliyyə yardımı göstərilir, dini bayramlar yüksək səviyyədə qeyd olunur.

Yeni qeydiyyatdan keçən dini icma rəhbərlərinə tövsiyələrini verən Səyyad Salahlı cəmiyyətimizi xurafatdan, mövhumatdan uzaq, saf dini biliklərlə maarifləndirməyin önəminə toxunub. İcma sədrlərini tarixi irsimizin mühüm hissəsi olan dinimizin, milli-mənəvi dəyərlərimizin ictimaiyyətə düzgün çatdırılması işində aktiv olmağa çağırıb və onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra 3-ü qeyri-islam dini icması olmaqla 15 dini quruma qeydiyyat şəhadətnamələri təqdim edilib.

Masallı şəhəri “Cümə” məscidi dini icmasının sədri Mirqabil Hüseynov çıxış edərək dinə, dindarlara diqqət və qayğıya görə dindarlar adından Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib. 

Qeyd edək ki, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan sonra 808 dini qurum dövlət qeydiyyatından keçib. Konfessional baxımdan onların 777-si İslam, 31-i isə qeyri-islam (xristian – 20; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.

Məqalədə : dini icmalar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7946

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
6729

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
8364

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
8224

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
12077

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7978
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-07-2020 17:03





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru