Qırğızıstan prezidenti Türkiyəyə dialoq qurmağa gedir

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Aprel

2018
12:03
1998
Qırğızıstan prezidenti Türkiyəyə dialoq qurmağa gedir

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov yüksək səviyyədə siyasi dialoq qurmaq məqsədilə bazar ertəsi Türkiyəyə səfər edəcək. FaktXəbər bildirir ki, bu barədə prezidentin mətbuat xidmətinə istinadən "RİA Novosti" agentliyi məlumat yayıb.
 
"Səfər Türkiyə ilə hərtərəfli ticari-iqtisadi əlaqələrin dərinləşdirilməsi və genişləndirilməsi, Qırğızıstan-Türkiyə əməkdaşlığın aktual məsələləri üzrə fikir mübadiləsi və ali siyasi dialoqun qurulması üçün keçiriləcək", -deyə məlumatda qeyd olunur.

Planlaşdırılır ki, Qırğızıstan prezidenti rəsmi səfəri çərçivəsində həmkarı Rəcəb Tayyib Ərdoğan ilə qapalı və geniş formatda danışıqlar aparacaq, eləcə də baş nazir Binəli Yıldırım və parlament sədri İsmayıl Qəhrəmanla görüşəcək.
 
Səfər iki gün davam edəcək. Ankara səfərindən sonra Qırğızıstan prezidenti işgüzar səfərlə Brüsselə yola düşəcək.

Məqalədə : Qırğızıstan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2018 23:39



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com