Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Aprel

2018
11:41
Problemli kreditlərin məbləği 1,7 mlrd. manatı keçib

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 700,9 mln. manat təşkil edib.

"FaktXəbər" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 0,3% çoxdur.

İlin əvvəlinə nisbətən problemli kreditlər 4,6%, ötən il martın 1-nə nisbətən isə 9,3% artıb.

Fevralın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 14,7% təşkil edib. Bu nisbət yanvarın sonuna 14,55%, ötən ilin sonuna 13,8%, ötən il fevralın sonuna isə 9,8% təşkil edib. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Mərkəzi Bank 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 13:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com