Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Aprel

2018
09:58
Azərbaycan finalda ABŞ-a uduzdu - FOTO

Aprelin 7-8, ABŞ-ın Ayova ştatının Ayova-Siti şəhərində sərbəst güləş üzrə dünya kuboku yarışları keçirilib.

“B” qrupunda yer almış Azərbaycan milli yığması aprelin 7-də Kuba yığmasını 8:2, Qazaxıstan milli yığmasını isə 9:1 hesabı ilə udaraq, aprelin 8-də Monqolustan yığmasına 7:3 hesabı ilə qalib gəlib. Nəticədə millimiz yarışların final mərhələsinə yüksəlib.

Carver-Hawkeye Arenasında keçirilmiş final mübarizəsində ev sahibi ABŞ yığması milli yığmamıza 6:4 hesabı ilə qalib gəlib. Beləliklə, ağır mübarizədən sonra, sərbəst güləşçilərimiz yarışlarda ikinci yer tutublar. Kuba yığmasına 6:4 hesabı ilə qalib gələn Yaponiya yığması isə üçüncü yerə sahib çıxıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : sərbəst güləş 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2018 00:07



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com