Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Azərbaycanda aprelin 11-də keçiriləcək Prezident seçkiləri ilə əlaqədar namizədlərin seçkiqabağı təşviqat kampaniyası sabah - aprelin 10-da başa çatır.
Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, Mərkəzi Seçki Komissiyasında qeydə alınan namizədlərin təşviqatı səsvermənin başlanmasına 24 saat qalmış, yəni aprelin 10-da saat 08:00-da dayandırılacaq.
Səsvermə günü və ondan əvvəlki gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır.
Seçkiqabağı təşviqat martın 19-da başlayıb. Bu müddət ərzində namizədlər təşviqat üçün qanunda nəzərdə tutulmuş vasitələrdən istifadə edə bilərlər.
Səsvermə günü - aprelin 11-də seçki məntəqəsi otaqlarının daxilində və xaricində yerləşdirilmiş seçkiqabağı təşviqat materialları yığışdırılacaq.
Qeyd edək ki, MSK 8 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Bunlar prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədovdur (Cəlaloğlu).
Biz də FaktXəbər olaraq təşviqat prosesi başlayan gündən etibarən "Prezident seçkilərində kimə səs verəcəksiniz?" adlı sorğu keçirdik. Sorğuda ümumilikdə 2743 nəfər iştirak edib. İştirakçıların 1377 nəfəri hazırkı prezident İlham Əliyevin namizədliyini dəstəkləyiblər. 463 nəfər isə ADP sədri Sərdar Cəlaloğluya dəstək verib. Sorğuda iştirak edənlərin 730 nəfəri namizədlər arasında öz namizədinin olmadığı düşüncəsindədir.
15-04-2018 12:47 MSK seçkilərə yekun vurdu - SON NƏTİCƏ
15-04-2018 12:15 Prezident seçkiləri ilə əlaqədar bəzi məntəqələrin nəticələri ləğv edilib
13-04-2018 16:49 Polis seçkilərdə bülletenlərə “Diktator” yazanları tapdı
12-04-2018 08:13 İlham Əliyev 86 faiz səs toplayıb - YENİLƏNİB
11-04-2018 20:37 Seçkilərdə bu qədər seçici səs verdi
11-04-2018 19:29 ELS "Exit-poll"un ilkin nəticələrini açıqladı: İlham Əliyev 82,71 faiz səs toplayı
- 20-04-2018 15:55 Milli Məclisdə Baş nazirliyə namizəd açıqlanacaq
- 18-04-2018 16:29 Azərbaycan Şimali Koreyaya səfir təyin edib
- 18-04-2018 11:51 REAL-dan Sərdar Cəlaloğluna sərt CAVAB
- 18-04-2018 10:03 Prezident and içdi
- 18-04-2018 09:43 "İlqar Məmmədov xəyanətkar bir sənədə qol çəkib"
- 17-04-2018 20:25 Sabah prezident İlham Əliyevin andiçmə mərasimidir
- 17-04-2018 14:25 "Rus dilinin təbliği gücləndirilməlidir"
- 17-04-2018 12:58 ATƏT-lə əməkdaşlıq dayandırılsın - Arif Rəhimzadə
- 17-04-2018 08:45 Ramiz Mehdiyev: "Belə məmurlarla çox böyük vaxt itkisinə yol verə bilərik"
- 16-04-2018 15:32 Nazirlər Kabineti ləğv edilmir - Deputat
- 16-04-2018 14:58 AŞPA həmməruzəçiləri iyunda Azərbaycana səfər edəcəklər
- 16-04-2018 12:51 İlham Əliyev Ramiz Mehdiyevi təltif edib
- 16-04-2018 12:17 İlham Əliyev: Nazarbayev bizim ağsaqqalımızdır - VİDEO
- 16-04-2018 10:26 Nazirlər Kabinetinin istefa verəcək üzvləri - SİYAHI
- 16-04-2018 10:15 Arizona ştatı ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib
- 15-04-2018 12:47 MSK seçkilərə yekun vurdu - SON NƏTİCƏ
- 15-04-2018 12:15 Prezident seçkiləri ilə əlaqədar bəzi məntəqələrin nəticələri ləğv edilib
- 14-04-2018 11:10 Avropa Şurasının Baş katibi: "Sizinlə sıx işləmək niyyətindəyəm"
- 14-04-2018 10:43 Hökumət nə vaxt istefaya göndəriləcək?
- 12-04-2018 14:56 Milli Şuranın növbəti mitinqinə razılıq verilib
- 12-04-2018 11:11 Prezident ŞƏT-in baş katibini qəbul edib
- 12-04-2018 10:59 Araz Əlizadə onu qadın hesab edən AŞPA həmməruzəçisinə CAVAB VERDİ
- 12-04-2018 10:50 Prezident seçkilərinə aprelin 21 yekun vurulacaq
- 12-04-2018 08:30 Prezident İlham Əliyev xalqa müraciət edib
- 12-04-2018 08:13 İlham Əliyev 86 faiz səs toplayıb - YENİLƏNİB

® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı
Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.
20-04-2018 22:17
ƏLAQƏLƏR
  (+994 70) 870-47-49      (+994 55) 786-96-84
  [email protected]