Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Aprel

2018
12:47
Siqnalı eşitmədi, qatar üstündən keçdi

Şəmkirdə 64 yaşlı kişini qatar vuraraq öldürüb.

FaktXeber.com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Düyərli kəndi ərazisindən keçən dəmir yol xəttində baş verib.

Kənd sakini, 1954-cü il təvəllüdlü Seyidməmməd Heydərov dəmir yol xəttinə yaxın hərəkət edərkən yük qatarı onu vurub. S. Heydərov hadisə yerində ölüb.

Məlumata görə, 64 yaşlı kişi lal və kar olduğundan qatarın siqnalını eşitməyib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : qatar qəzası 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 19:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com