Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Aprel

2018
11:53
Sürüclərin diqqətinə:Bakı-Quba-Rusiya yolunun bəxti açılır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna alternativ yeni yolun tikintisi” layihəsinə texniki nəzarət üzrə məsləhət xidmətlərinin satın alınması ilə əlaqədar Açıq tender elan edir. FaktXeber.com-un Tender Mərkəzinə istinadla məlumatına görə, tender iştirakçılarına təklif olunur ki, Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanununa uyğun öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı şəkildə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində malların (xidmətlərin və ya işlərin) keyfiyyətinə, ən aşağı qiymətə, əsas şərtlər toplusunda göstərilən meyarlar əsasında ən sərfəli tender təklifinə üstünlük veriləcəkdir. Tender iştirakçıları müqaviləni yerinə yetirmək üçün lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 500 manat iştirak haqqını Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər:

  • Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi VÖEN 9900013141
  • Azərbaycan Beynəlxalq Bankı Nəqliyyat filialı
  • H/h     AZ21İBAZ38050019449345490205
  • M/h     AZ03NABZO1350100000000002944
  • Kod     805711
  • Bankın VÖEN-i 9900001881
  • SWİFT BİK İBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • tenderdə iştirak etmək üçün ərizə (ərizədə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrələri, rəhbərinin adı, soyadı göstərilməklə, möhürlənmiş və imzalanmış olmalıdır);
  • iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);
  • tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  • tender təklifi qiymətinin 5 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən ən azı 60 bank günü qüvvədə olmaqla) tender təklifi ilə birlikdə təqdim olunmalıdır. Bank təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında (müvafiq orqanlardan arayış);
  • İddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyət müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;
  • İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti;
  • İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, şəhadətnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (2018-ci ildə notariusdan təsdiq edilmiş surəti);
  • Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı barədə məlumat;

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.

Tender iştirakçılarından tələb olunan sənədlər 19 may 2018-ci il saat 15.00-a qədər bir nüsxədə, tender təklifi isə 11 iyun 2018-ci il saat 17.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə iki nüsxədə (əsli və surəti) Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi 2025-ci məhəllə ünvanında yerləşən Azərbaycan Avtomobil Yolları Dövlət Agetliyinin ikinci mərtəbəsində tender komissiyasının otağında əlaqələndirici şəxslərə təqdim edilməlidir.

Göstərilən müddətdən gec təqdim olunmuş tender təklifləri və sənədlər qəbul olunmayacaqdır.

Sənədlərin qəbulu hər gün saat 10.00-dan 16.00-a qədərdir.

Tender zərflərinin açılışı proseduru 11 iyun 2018-ci il saat 17.00-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi 2025-ci məhəllə) keçiriləcəkdir.

İclasda iddiaçıların səlahiyyətli nümayəndələri də iştirak edə bilərlər.

İddiaçılar əlavə məlumatı aşağıdakı ünvandan ala bilərlər:

Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi 2025-ci məhəllə.

Əlaqələndirici şəxs:            Vüsal Həsənov,

telefon                                   (012) 599 79 93

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Bakı-Quba-Rusiya yolu 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 18:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com