Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Aprel

2018
10:49
2810
Birinci sinfə qəbul üzrə 14 minədək sorğu yerləşdirilib

Martın 12-dən başlanan, 2018-2019-cu tədris ili üçün elektron sistem vasitəsilə Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonunun ümumtəhsil müəssisələrinin birinci sinfinə şagird qəbulu davam edir.

Təhsil Nazirliyindən FaktXəbər-ə bildiriblər ki, aprelin 6-na olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə bu bölgələr üzrə birinci sinfə qəbul üçün 13.504 sorğu yerləşdirilib. Belə ki, Abşeron rayonu üzrə 5.048, Gəncə şəhəri üzrə 3.568, Sumqayıt şəhəri üzrə isə 4.888 nəfərin sorğusu qeydə alınıb. Bu bölgələr üzrə birinci sinfə gedəcək şagirdlərin sayının 17.873 nəfər olacağı proqnozlaşdırılır.

Birinci sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin www.mektebeqebul.edu.az  saytında qeydiyyatı yolu ilə həyata keçirilir.

Məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilib. Belə ki, məktəbəhazırlıq qruplarındakı səkkiz mindən çox uşaq avtomatik birinci sinfə qəbul üzrə qeydə alınıb. Bu da həmin şəhər və rayonlar üzrə birinci sinfə gedəcək şagirdlərin 60 faizi deməkdir.

Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə ərizələrin online qeydiyyatı sentyabrın 15-dək davam edəcək.

Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Gəncə şəhəri üzrə beş, Sumqayıt şəhəri üzrə dörd, Abşeron rayonu üzrə altı məktəbdə yaradılmış alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərlər. Eyni zamanda, Gəncə şəhəri üzrə bir, Sumqayıt şəhəri üzrə bir və Abşeron rayonu üzrə bir ümumtəhsil müəssisəsində apelyasiya komissiyaları təşkil olunacaq.

Qeyd edək ki, fevralın 22-dən Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların, eləcə də Bakı şəhərindəki dövlət ümumtəhsil müəssisələrinin birinci sinfinə şagird qəbuluna start verilib.

2018-2019-cu tədris ilində elektron sistem vasitəsilə uşaqların birinci sinfə qəbulu barədə ətraflı məlumatı videotəlimatdan almaq mümkündür (https://www.youtube.com/watch?v=KRMGV9hTHq8).

Birinci sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair məlumat Təhsil Nazirliyinin saytında yerləşdirilib.

Məqalədə : birincilər 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-07-2018 18:57



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com