Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Aprel

2018
15:31
Canavarların böyütdüyü adam: İnsanlarla bədbəxtəm FOTO-VİDEO

1965-ci ildə 19 yaşında ikən  İspaniyanın Sierra Morena  dağlarında  canavarların yanında tapılan  Markos Rodriqes Pantoja insanlarla yaşamaq istəmədiyini deyib. FaktXeber.com-un Mirror-a istinadla verdiyi məlumata görə, bu barədə El Paris xəbər yayıb.

Markos Rodriqez Pantoja 7 yaşında həm anasını, həm də atasını itirdikdən sonra bir çobanın yanına verilir. Lakin az keçmiş o da ölür. Uşaq 12 il boyunca qurdlarla birlikdə yaşayıb.

Hazırda 72 yaşında olan Rodriqes insanların dünyasından şikayət edir. O, geri qayıtmaq istədiyini, ancaq artıq başqa insanlar kimi iyləndiyi üçün bunu edə bilməyəcəyini bildirib.

Rodrigesin sözlərinə görə, həyatının ən xoşbəxt günləri  ana canavarın onu bəslədiyi, yarasa, maral və ilanlarla eyni mağarada yatdığı zamanlarda qalıb.

Tapıldıqdan sonra həyatının baş –ayaq olduğunu deyən Markos iş həyatında aldadıldığını, digər insanların ona güldüyünü deyir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Canavar 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2018 07:47



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com