Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Aprel

2018
12:28
3195
Hakimlərin heyvanlar barəsində ağlasığmaz qərarları - FOTO-VİDEO

"Mary" və "Topsi" adlı fillər tarixə həmcinslərindən fərqli olaraq edam cəzaları almaları ilə düşüblər.

"Mary" "Charlie Sparks" sirkinin ən çox nümayiş etdirilən heyvan idi. Demək olar ki, "Mary" olmadan hər hansı nömrə başlamırdı.

FaktXəbər-in məlumatına görə, 1916-cı ilin 12 sentyabr tarixində sirk truppası Tennesi ştatının Kinqsport şəhərinə gəlir. Səhnəyə hər zaman olduğu kimi yenə 30 yaşlı "Mary" çıxmalı idi. Amma "Mary"nin daimi baxıcısı hansısa səbəbdən işə çıxmadığı üçün ona müvəqqəti olaraq təcrübəsiz baxıcı Red Eldrici təyin edirlər. Yeni baxıcı "Mary"ni təşviq etmək istəyərkən onu yaralayır. Daha doğrusu onu səhnəyə dartıb çıxarmaq üçün qulağını qarmaqla deşir. Fil ağrının təsiri nəticəsində qəzəblənərək baxıcısını öldürür. 

Qəzəblənmiş fili dayandırmaq üçün ilk öncə onu güllə ilə vururlar, amma kiçik kalibirli güllə "Mary"ni öldürmür. 

Fili sakitləşdirdikdən sonra isə şerif Hikman onu həbs edir. Onu şəhər həbsxanasının yaxınlığında qəfəsə salırlar. 

Şəhər sakinləri baş verən hadisədən xəbər tutduqda isə elan edirlər ki, fil öldürülməsə sirkə getməyəcəklər.

Tennessi ştatının Ervin qəsəbəsindəki məhkəmədə hadisəyə görə məhkəmə qurulur. Təbii ki, mühakimə kürsüsünə cinayəti törətmiş "Mary" çıxarılır. Məhkəmənin sonunda filə edam cəzası çıxarılır.

"Mary" Ervin qəsəbəsindən 40 km aralıda yerləşən Kinqsport qəsəbəsinin meydanında dəmiryolu kranından asılaraq edam edilir. 

Amma 5 tonluq fili asmaq ilk dəfə mümkün olmur. İlk sınaqda beş tonluq fili qaldıra bilməyən kranın zənciri qırılır, yerə düşən "Mary"nin budu və ayaqları sınır. İkinci dəfə isə daha möhkəm zəncir tapılır və edam yenidən həyata keçirilir. Bu dəfə edam "uğurlu" olur və "Mary" "cəzası"nı "başa düşərək" alır.

Edam cəzasına baxmaq üçün 5000 nəfər gəlibmiş.

Amma bu, ABŞ-da edal edilmiş ilk fil deyil. "Topsi" adlı başqa bir fil isə 18 yaşında ABŞ-ın Nyu-York ştatının Koni-Aylend şəhərində edam edilib.

Belə ki, Nyu-Yorkun Luna-Parkında "Topsi" öz təlimçisini öldürmüşdü. Səbəb isə təlimçinin "Topsi"ni yanan siqaretin üstündə oturmağa məcbur etməsi idi.

Keçirilən məhkəmə prosesində "Topsi"nin asılaraq edamına qərar verilmişdi. Amma Amerikanın Heyvanlara Sərt Rəftarın Qarşısının Alınması üzrə Cəmiyyətin şikayətindən sonra "Topsi"nin sahibləri ölüm üçün başqa yol seçdilər.

Dünya şöhrətli amerikalı ixtiraçı və sahibkar, lampanı kəşf edən Tomas Edison filin elektrik cərəyanı ilə öldürülməsini təklif edib.

Filin ölümündən qabaq ona 460 q sianid hopdurulmuş kök verirlər. Daha sonra isə Edisonun kompaniyasının əməkdaşı D.P.Şarki misdən hazırlanmış xüsusi sandalı filin ayağına keçirir və o da elektrodla şəbəkəyə birləşdirilir. Filin ölməsi üçün ona 6600V elektrik verilir. Ölüm 10 saniyəyə baş tutur.

Edisonun kompaniyası olan "Edison Manufacturing Co." bütün prosesi lentə alır və filmə "Filin elektriklə ölümü" adı verilir. 

Məqalədə : fillərin edamı 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-07-2018 15:51



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com