Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Aprel

2018
11:12
2761
Formula 1 görə hərəkət məhdudlaşdırılır

Builki Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq işlərinin görülməsi ilə əlaqədar olaraq trekin bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən FaktXəbər-ə verilən məlumata görə, aprelin 6-dan 7-ə keçən gecə Azneft dairəsində tribunanın tikintisi ilə əlaqədar olaraq kiçik radiuslu dairə quraşdırılacaq və həmçinin burada hərəkət hissəsi əvvəlki vəziyyəti ilə müqayisədə nisbətən daraldılacaq.

Aparılan tikinti-quraşdırma işləri ilə əlaqədar olaraq aprelin 7-dən 8-ə keçən gecə Üzeyir Hacıbəyov küçəsinin Puşkin küçəsi ilə Azadlıq prospektinin arasında olan hissəsində hərəkət zolaqlarının sayı azaldılacaq.

Həmçinin görülən hazırlıq işləri səbəbindən aprelin 9-u gecə saatlarından etibarən Səməd Vurğun küçəsinin Zərifə Əliyeva küçəsi ilə Neftçilər prospekti arasında olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Bundan başqa, aparılan tikinti-quraşdırma işləri ilə əlaqədar olaraq aprelin 11-dən 12-nə keçən gecə Neftçilər prospektinin Dəniz vağzalının qarşısına düşən hissəsində yolun hərəkət hissəsi daraldılacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti yarışa hazırlıqla əlaqədar görülən işlər nəticəsində yaranan müvəqqəti çətinliyə görə üzr istəyir və yarışın yüksək səviyyədə təşkil olunmasında göstərilən dəstəyə görə şəhər sakinlərinə dərin minnətdarlığını bildirir.

Məqalədə : Formula 1 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda 8 yaşayış binası söküləcək

21

Oktyabr
10:02
ÖLKƏ
17

Xarici valyutaların manata qarşı məzənnələri

21

Oktyabr
09:26
İQTİSADİYYAT
26

Neftin ucuzlaşması davam edir

21

Oktyabr
09:18
İQTİSADİYYAT
32

Əli Kərimli saxlanıldı - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1313

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
79

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
98
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 10:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru