Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Aprel

2018
09:55
MDB XİN başçıları Şurası bu gün Minskdə toplaşır

MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası bu gün Minskdə keçiriləcək. XİN başçılarının iclasının gündəliyinə 12 maddə daxildir. 

Burada siyasi və humanitar, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq. Cinayətkarlığa, beynəlxalq terrorizmə qarşı mübarizə və müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarının işinin əlaqələndirilməsi üzrə də fikir mübadiləsi aparılacaq.

Bundan əlavə, informasiya texnologiyaları sahəsində cinayətkarlıqla mübarizə sahəsində qarşılıqlı əməkdaşlıq haqqında saziş layihələri, qarşıdakı illər üçün cinayətkarlığa qarşı mübarizə üzrə birgə tədbirlər proqramı və bir sıra digər sənədlər nəzərdən keçiriləcək.

Görüşdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : MDB XİN başçıları 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2018 23:36



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com