Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Aprel

2018
16:59
Fərhad Əliyevin bibisi oğlu azadlığa buraxılıb

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilmiş Rafəddin Əsgərov azadlığa buraxılıb.

Müvafiq məhkəmə qərarı ilə R.Əsgərov cəzasının çəkilməmiş hissəsindən azad olunub. O, bu gün 6 saylı Cəzaçəkmə Müəssisindən sərbəst buraxılıb.

Qeyd edək ki, R.Əsgərov sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin bibisi oğludur. O, 2010-cu ildə Ukraynanın Odessa şəhərində həbs edilib. R.Əsgərovun adı sabiq nazirə qarşı irəli sürülən ittihamda hallanıb, barəsində Cinayət Məcəlləsinin 179 (mənimsəmə və ya israf etmə), 206 (qaçaqmalçılıq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. 2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Fərhad Əliyev və “Azpetrol” Şirkətlər Qrupunun Direktorlar Şurasının sabiq sədri Rafiq Əliyev 2005-ci il oktyabrın 19-da həbs olunub. 2007-ci ildə Fərhad Əliyev 10 il, Rafiq Əliyev isə 9 il müddətinə azadlıqdan məhrum edilib. 14 oktyabr 2013-cü ildə Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə Fərhad və Rafiq Əliyev qardaşları azadlığa buraxılıb.(report.az)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Fərhad Əliyev 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 13:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com