Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

05 Aprel

2018
16:24
4230
Rusiyanın Xəzər donanması boru xəttinə qarşıdır
Elxan Şahinoğlu: Rusiyanın Xəzərdə donanmasını gücləndirməkdə bir başqa marağı da var

“Rusiya Xəzəri sülh hövzəsi elan etsə də, Xəzərdə hərbi potensialını artırır. Hərbi donanmanın Azərbaycan sərhədində yerləşdirilməsi Moskvanın Azərbaycana xoş olmayan jestidir”.

FaktXəbər-in məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu Rusiyanın Həştərxandakı Hərbi-Dəniz Donanmasını Azərbaycan sərhədinə yaxın Dağıstanın Kaspiysk şəhərinə köçürülməsi ilə bağlı qərarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, ABŞ-ın Xəzərdə hərbi varlığı olmasa da, Xəzərin təhlükəsizliyi ilə bağlı Bakı ilə sıx əməkdaşlıq edib və müxtəlif illərdə Azərbaycana Xəzərdə enerji infrastrukturlarının mühafizəsi üçün hərbi katerlər verib, sualtı xüsusi təyinatlı qüvvələr hazırlanmasında iştirak edib.

“Görünür, bu faktor da Rusiyanı narahat edib. Ancaq ABŞ-ın Azərbaycana verdiyi kiçik tutumlu katerlər Rusiyaya heç bir təhlükə törətmir. Fikrimcə, Rusiyanın Xəzərdə hərbi dəniz donanmasını gücləndirməkdə bir başqa marağı da var. Rusiya Türkmənistanla Azərbaycan arasında Xəzərin dibi ilə boru xəttinin çəkilməsinin əleyhinədir. Bu mövzu ilə bağlı danışıqlar son illər intensivləşib. Türkiyə və Avropa İttifaqı Xəzər dənizinin dibi ilə boru xəttinin çəkilməsini istəyirlər. Moskva bundan narahatdır. Xəzərdə və Azərbaycana yaxın ərazidə hərbi dəniz donanmasının gücləndirməsi həmin boru xəttinin çəkilməsinə də əngəldir”,- deyə, politoloq bildirib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə benzin istehlakı artıb

24

Aprel
15:37
İQTİSADİYYAT
15

Sabah Bakıda hava yağmursuz olacaq

24

Aprel
14:10
ÖLKƏ
54

Günün qarşılaşmaları TV AFİŞA

24

Aprel
12:42
İDMAN
87

Rusiyada qeyri-adi cərimə

24

Aprel
12:24
DÜNYA
97

Dəməşqdə terror: ölən var

24

Aprel
11:56
DÜNYA
71

Azərbaycan tərəvəz ixracını 40% artırıb

24

Aprel
11:52
İQTİSADİYYAT
70

Rusiya NATO-ya xəbərdarlıq etdi

24

Aprel
11:47
DÜNYA
630
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-04-2019 15:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru