Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Aprel

2018
14:44
`Savadlılıq səviyyəsi 100 faizə yaxınlaşıb` - İlham Əliyev

Xəbər verdiyimiz kimi bu gün Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimi keçirilib.

“FaktXəbər” “AzərTac”a istinadən xəbər verir ki, prezident İlham Əliyev açılış mərasimində nitq söyləyib. 

Azərbaycanın sürətlə inkişaf etdiyini, özünü təmin edən ölkəyə çevrildiyini deyən dövlət başçısı son 15 ildə ümumi daxili məhsulun 3,2 dəfə artdığını, insan kapitalına sərmayələr qoyulduğunu, savadlılıq səviyyəsinin 100 faizə yaxınlaşdığını, son illərdə 3 mindən çox məktəbin, 600-dən çox tibb müəssisəsinin tikildiyini bildirib. Prezident qeyd edib ki, son 15 ildə işsizliyin və yoxsulluğun səviyyəsi kəskin şəkildə aşağı düşüb, iqtisadi uğurlarımız beynəlxalq maliyyə institutları tərəfindən qeyd edilib. 

Qeyd edək ki, konfransın sonunda nazirlər konfransına sədr seçkisi keçirilib. 

Səsvermə nəticəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov konfransa sədr seçilib. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İlham Əliyev 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2018 13:54



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com