Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Aprel

2018
12:04
Ötən il Bakıda 600 qüsurlu körpə doğulub

"2017-ci ildə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına doğuşla bağlı 3 099 müraciət daxil olub".

Bunu Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası baş həkiminin müavini İradə Əliyeva deyib.

İ. Əliyeva bildirib ki, küvez aparatlarının köməyi ilə paytaxtın doğum evlərində anadan olan az çəkili, ağır qüsurlarla doğulan 600 körpə hospitalizasiya edilib.

Ötən il Bakıda 32 nəfərin kliniki ölümdən həyata qaytarıldığını vurğulayan baş həkimin müavini qeyd edib ki, ümumi müraciətlərin içində bədbəxt hadisələrin sayı 24 895 olub: "Bu hadisələr zamanı xəsarət alanların çox hissəsini zədələnmələr təşkil edir. 2017-ci ildə təcili yardıma ehtiyacı olan 335 nəfər yaşayış yeri məlum olmayan şəxsə ilkin tibbi yardım göstərilib".(APA)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : qüsurlu körpə 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 05:06



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com