Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Aprel

2018
11:43
`Kanal 13` internet televiziyasının direktoru azadlığa buraxılıb

"Kanal 13" internet televiziyasının direktoru Əziz Orucov azadlığa buraxılıb.

FaktXəbər-in verdiyi məlumata görə, bu barədə "Report"a vəkil Cavad Cavadov məlumat verib.

Onun sözlərinə görə, Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin sədrliyi ilə Ə.Orucovun kassasiya şikayəti üzrə məhkəmə prosesində qərar elan olunub.

Qərara əsasən, onun ittiham oluduğu Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq) maddəsinə xitam verilib. 308.2-ci maddəsi 308.1-ci maddəsinə tövsif edilib. Məhkəmə onun barəsində şərti cəza çıxarıb.

Qeyd edək ki, Ə.Orucov ötən il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona məhkəmə 30 sutka inzibati həbs cəzası barədə qərar çıxarıb. İyunun 1-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.

Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ə.Orucovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : "Kanal 13" 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2018 08:39



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com