Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Aprel

2018
22:14
5139
Ucqar kənd müəllimi paytaxt tədbirində spiker olacaq - VİDEO

Öz kreativ tədris üsuluyla tarix dərsini uşaqlara sevdirən, velosipedlə kənd-kənd gəzərək məktəblilərə kitab paylayan, Lənkəranın Gəgiran kəndinin müəllimi Həbib Əlizadə “Mentor Talks” tədbirində spiker  olacaq.

FaktXəbər-in verdiyi məlumata görə, 22 Apreldə Bakıda keçiriləcək, 7 spikerin çıxış edəcəyi Mentor Talks tədbirində spikerlərdən biri olan Həbib Əlizadə “Görəsən mən o müəlliməm?” adlı mövzusu ilə çıxış edəcək. Həbib Əlizadə bildirib ki, onun çıxışında öz həyat hekayəsi və insanlara çağırışı olacaq.

Qeyd edək ki, ianə biletlərin bir hissəsi ilə ucqar kənd məktəblərindəki şagirdlərə kitab alınacaq. 

Şüarı “Gələcəyini bu gün inşa et!” olan tədbirin ilk kateqoriyası özünü inkişaf sahəsidir. Hər biri 20 dəqiqə olmaqla, 7 təcrübəli spikerin çıxış edəcəyi Mentor Talks tədbiri 14:00-dan 18:00-a qədər Pullman hotelində keçiriləcək.

#MentorTalks – özünü yetişdirmək istəyən parlaq fikirli insanların bir araya gəldiyi, ilham verən çıxışların olduğu tədbirdir. Missiyası insanların həyatına dəyər qatan ideya, məlumat və baxış açısı paylaşmaqdır.

İldə bir neçə dəfə təşkil olunması planlaşdırılan tədbirlər özünü inkişaf, biznes, marketinq, texnologiya, təhsil, səhiyyə kimi sahələri əhatə edəcək. 

Tədbir haqqında ətraflı  www.mentor.az saytından tanış olmaq olar.

Məqalədə : Həbib Əlizadə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-07-2018 18:58



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com