Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Aprel

2018
15:09
Metroya Rusiyadan müasir tipli yeni qatar gətirilib

Dünəndən etibarən “Bakı Metropoliteni” QSC ilə “Metrovaqonmaş”la imzalanmış müqavilə çərçivəsində Bakıya yeni qatarlardan biri gətirilib. Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin FaktXəbər-ə verdiyi xəbərə görə, artıq qatar depodadır.

“Hal-hazırda Rusiyadan gələn mütəxəssislər yerli mütəxəssislərlə birgə qatarın hazır vəziyyətə gətirilməsi üçün çalışırlar. Müəyyən sazlanma işləri aparılmalı, bəzi avadanlıqlar quraşdırılmalıdır, daha sonra sınaq olunacaq və hazır olduqdan sonra xəttə buraxılacaq. Digər ikinci qatar bu il mayın sonuna qədər gətiriləcək”, - deyə N. Paşayev vurğulayıb.

Qurum sözçüsü onu da əlavə edib ki, yeni gətirilən qatarlar daha müasir tiplidir. “Bu qatarlar 2015-ci ildə gətirilən qatarlardan daha komfortludur. Hər vaqonda 16 ədəd USB port var. Telefon, planşet kimi avadanlıqları enerji ilə doldurmaq mümkün olacaq”.

Qeyd edək ki, "Bakı Metropoliteni" QSC Rusiyanın "Metrovaqonmaş" şirkəti ilə "81-765/766" modelində 5 vaqondan ibarət iki metro qatarının gətirilməsi ilə bağlı müqavilə imzalayıb. Vaqonların istismar müddəti 31 ildir.

Məqalədə : Metro 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
18133

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
16767

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
18137

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
17716

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
23200

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
17641

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
17770
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-08-2020 22:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru