Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Aprel

2018
14:43
Ankarada Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü başlayıb

Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Həsən Ruhani arasında Suriyadakı vəziyyətə dair üçtərəfli görüş başlayıb.

FaktXəbər-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, toplantıda Suriyanın Şərqi Quta və İdlibdəki humanitar böhran, eyni zamanda bu ölkədə vəziyyətin normallaşması və yol xəritəsi müzakirə olunur.

Bundan başqa, Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Tel-Rıfat və Membicdə hərbi əməliyyat keçirməyə hazırlaşması barədə Vladimir Putin və Həsən Ruhanini məlumatlandıracaq.

Görüş başa çatdıqdan sonra tərəflər mətbuata bəyanatlarla çıxış edəcəklər. 

Qeyd edək ki, Suriyadakı vəziyyətin müzakirəsinə dair üçtərəfli formatın əsası Astanada qoyulub. Prezidentlərin üçtərəfli görüşü isə ilk dəfə Soçidə olub. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Türkiyə Rusiya və İran 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 17:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com