Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Aprel

2018
14:16
2907
Niyə sürücülük vəsiqələrimiz xaricdə keçərli deyil?

Tanınmış aparıcı Tural Yusifovun milli sürücülük vəsiqələri ilə bağlı qaldırdığı məsələ ciddi müzakirələrə səbəb olub.

Sürücülər Azərbaycanda verilən sürücülük vəsiqələrinin xaricdə keçərli olub-olmadığını dəqiqləşdirməyə çalışırlar. 

Yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov da məsələ ilə bağlı öz fikirlərini bildirib. O, bunun doğru olduğunu deyib. 

"Tural bəy sağ olsun ki, son 10 ildə dəfələrlə toxunduğumuz bu problemi bir daha qabardıb. 

Problem çox sadədir. Bizim vəsiqələrdə 2 qüsur var:

1. "Yol hərəkəti haqqında" 1968-ci il Vyana konvensiyasının 6 saylı əlavəsinin 6-cı (köhnə redaksiyada 3-cü) bəndində qeyd olunur ki, milli sürücülük vəsiqəsində bütün məlumatlar latın əlifbasının hərfləri ilə yazılmalı, başqa əlifba ilə yazıldıqda isə latın hərfləri ilə transliterasiya edilməlidir (yəni təkrar yazılmalıdır). Bizim əlifbadakı 7 hərf latın hərfi olmadığına görə vəsiqələrimizdə bu hərflər olacağı təqdirdə həmin vəsiqə Konvensiyaya uyğun sayılmayacaq, çünki bizim vəsiqələrdə belə sözlər təkrarlanmır.

2. Konvensiyanın 6 saylı əlavəsi 2004-cü ildə yeni redaksiyada verilib və həmin yeni redaksiya 2011-ci ildə qüvvəyə minib. Yeni redaksiyada vəsiqədə məlumatların bəndlər üzrə sıralanması da bizim vəsiqələrdə pozulub. Həmin sıralamanın pozulması da vəsiqələrimizi xarici ölkələrdə yararsız hesab edir.

Düzdür, bəzi ölkələrdə bunun fərqinə xüsusi varmırlar. Amma elə ölkələr var ki, orada qanunvericiliyin bir hərfində də güzəşt etmirlər, ona görə də bizim vətəndaşlar problemlə üzləşirlər”.

Ə. Hüseynovun sözlərinə görə, ən ciddi problem bizim vəsiqəmizi xarici ölkədə yerli vəsiqəyə dəyişəndə yaranır: "Yolda xidmət edən polis qeyd etdiyim uyğunsuzluqları əhəmiyyətsiz saysa da, həmin ölkənin vəsiqə verən məmuru Konvensiya ilə uyğunsuzluğu görür və dəyişməkdən imtina edir.

Bəzi ölkələrdə isə avtomobil icarəyə verənlər bizim vəsiqəni yaxına buraxmırlar. Onlar isə adətən sığortadan qorxurlar, çünki belə vəsiqə ilə sürən adam qəza törədəndə sığorta şirkəti bizim vəsiqənin həmin uyğunsuzluğunu rəhbər tutub deyir ki, buna niyə avtomobil vermisiniz, ödəniş etmirəm.

Bu problemi düzəltmək isə çox sadədir. Hazırda verilən vəsiqələrin blankını (şablonunu) Konvensiyaya uyğunlaşdırıb, camaata normal vəsiqə verilməlidir.

Özü də "Yol hərəkəti haqqında" Qanunun 35-ci maddəsinin VIII hissəsinə əsasən, sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarında dəqiqsizlik müəyyən edilməsi ilə bağlı olduqda dövlət rüsumu ödənilmir”.(Bakıpost.az)

Məqalədə : sürücülük vəsiqəsi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO

22

Avqust
16:30
HÜQUQ,HADİSƏ
293

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22

Avqust
16:01
HÜQUQ,HADİSƏ
179

Bərdədə top mərmisi tapılıb - FOTO

22

Avqust
15:18
HƏRB
262

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
195

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
207

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
190

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
211
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 05:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru