Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Aprel

2018
11:24
Dövlət qulluğunda işləmək istəyənlərə XƏBƏRDARLIQ

Ötən gün Dövlət İmtahan Mərkəzinin (DİM) fevralın 7-si və 8-də elan etdiyi dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçən namizədlərlə müsahibələr başlayıb.

Mərkəzdən FaktXəbər-ə verilən məlumata görə, müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə, Lənkəran, Şəki, Şirvan, Göyçay, Bərdə regional bölmələri, Xaçmaz şəhərində İncəsənət muzeyi də daxil olmaqla 16 müxtəlif yerdə təşkil edilib.

Gün ərzində keçirilməsi nəzərdə tutulan 129 müsahibədən 73-ü baş tutub, 56 namizədlə müsahibə isə onların gəlməməsi səbəbindən baş tutmayıb. Müsahibədə iştirak etmiş namizədlərdən 30-u iddia etdiyi vəzifəyə uyğun hesab edilib.

Məlumata görə, bəzi namizədlər müsahibələrə gəlməyiblər: "Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Xüsusilə nəzərə almaq lazımdır ki, müsahibələr regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar.

Dövlət İmtahan Mərkəzi namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.

Müsahibələrdə iştirak etmək istəməyən namizədlər müsahibə tarixinə 1 gün qalmış, səhər saat 10:00-dək müraciətlərini buradan ləğv etməlidirlər".

Namizədlərlə müsahibələrin keçirilməsi mayın 15-dək davam edəcək.

Məqalədə : dövlət qulluğu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61440

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59195

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60879

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60519

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
66071

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60343

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60574
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-01-2021 03:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru