Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Aprel

2018
09:22
Azərbaycanda peyvənddən kənarda qalan uşaqlarla bağlı QƏRAR

Azərbaycanda peyvəndə cəlb edilməyən uşaqlar üçün immunlaşdırma həftəsinin keçirilməsi nəzərdə tutulur.

FaktXəbər-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva Trend-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, immunlaşdırma həftəsinin aprelin ayının son həftəsi ərzində keçiriləcəyi gözlənilir. Bu tədbirlərin Avropa İmmunlaşdırması Həftəsi çərçivəsində görülməsi planlaşdırılır: "Elə uşaqlar var ki, onlar müəyyən səbəblərdən vaxtında peyvənd edilə bilməyiblər. Bu həftə ərzində peyvənddən kənarda qalan uşaqların peyvəndə cəlb edilməsi təmin edilməlidir".

A.Əliyeva bununla bağlı Səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən əmrin veriləcəyinin gözlənildiyini də söyləyib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : peyvənd immunlaşdırma 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2018 21:54



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com