Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Aprel

2018
16:12
2695
Şəhid olan əsgərin medalı ailəsinə təqdim edilib

Azərbaycan ordusunun şəhid olan əsgəri İbrahim Mənəfovun medalı Neftçalada ailəsinə təqdim edilib.  

Təqdimolunma mərasimi Neftçala Rayon İcra Hakimiyyətində keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani çıxış ediblər. Onlar cəbhə bölgəsində atəşkəsin pozulması nəticəsində şəhid olan və rayonun Bankə qəsəbəsindəki Seyidlər qəbristanlığında dəfn edilən İbrahim Mənəfovun daim xatirələrdə yaşayacağını, onun qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildiriblər.

Daha sonra şəhidin təltif edildiyi “Fərqlənməyə görə 3-cü dərəcəli” medal onun anası Yasəmən Mənəfova təqdim olunub. Sonra şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, 23 yaşlı İbrahim Möhsüm oğlu Mənəfov Aviasiya Akademiyasını bitirdikdən sonra Neftçala rayonundan hərbi xidmətə yola salınıb. O, bu il yanvarın 19-dan 20-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində 23 yaşında şəhid olub.(Report)

Məqalədə : Şəhid 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı artıb

17

Sentyabr
22:15
AİLƏ, SAĞLAMLIQ
221

Azərbaycan gömrüyündə MİLYONLUQ ƏMƏLİYYAT - FOTO

17

Sentyabr
20:56
HÜQUQ,HADİSƏ
223

Neft gün ərzində ikinci dəfə ucuzlaşdı

17

Sentyabr
20:04
İQTİSADİYYAT
188

Bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib - SƏRƏNCAM

17

Sentyabr
18:18
BÖLMƏNİ DÜZ SEÇ!
178

Türkmən qazı Azərbaycan ərazisindən keçə bilər

17

Sentyabr
17:00
İQTİSADİYYAT
223

Milanda hücum: 1 hərbçi yaralanıb

17

Sentyabr
16:24
DÜNYA
245

"Kedicik kralı"nın məhkəməsi başlayır

17

Sentyabr
16:23
DÜNYA
231

Qaxda qəza, 3 nəfər yaralandı

17

Sentyabr
15:57
HÜQUQ,HADİSƏ
221

SOCAR 400 şam ağacı əkdi

17

Sentyabr
15:38
ÖLKƏ
267
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2019 09:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru