Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Aprel

2018
14:56
Müdafiə Nazirliyi mart ayının hesabatını açıqlayıb

Müdafiə Nazirliyi 2018-ci il üçün tədbirlər planına əsasən, mart ayında dövlət qurumları, yerli və xarici qeyri-hökumət təşkilatları, icra hakimiyyəti strukturları, eləcə də, ictimai birliklərlə birgə hərbi hissələrdə müxtəlif mövzularda tədbir və layihələr həyata keçirib.

Bu barədə FaktXəbər-ə nazirlikdən məlumat verilib.

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Ağdam, Bərdə, Tərtər, Ağcəbədi, Xocavənd, Şəmkir, Daşkəsən, Qusar, Abşeron, Qubadlı, Cəbrayıl, eləcə də, Bakının Səbail, Nəsimi və Qaradağ rayonları icra hakimiyyətləri ilə birgə cəbhəboyu zonada yerləşən hərbi hissələrdə, həmçinin xüsusi təyinatlı hərbi təhsil müəssisələrində hərbi-vətənpərvərlik, Novruz bayramı münasibətilə, eləcə də, Azərbaycanlıların soyqırımı və digər mövzularda 30-dək tədbir təşkil olunaraq şəxsi heyətlə görüşlər keçirilib.

Tədbirlərdə şəxsi heyət, veteranlar, şəhid ailələrin üzvləri, hərbi qulluqçuların valideynləri, tələbələr və başqaları yaxından iştirak ediblər.

Müdafiə Nazirliyi tərəfindən kütləvi informasiya vasitələrində dərc olunması məqsədilə mart ayında 123 rəsmi məlumat, 417 foto, 18 videomaterial hazırlanıb və media nümayəndələrinin üç sualı cavablandırılıb.

Yerli televiziya kanalları tərəfindən cəbhəboyu zonada yerləşən hərbi hissələrdə çəkilişlərin aparılmasına yeddi icazə məktubu verilib.

Müdafiə Nazirliyi hesabat dövründə tərəfindən keçirilən iki tədbirdə də televiziya kanalları və informasiya agentliklərinin nümayəndələri iştirak ediblər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Müdafiə Nazirliyi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2018 21:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com