Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Aprel

2018
14:44
2774
DİN-dən Sumqayıtdakı videogörüntülərlə bağlı açıqlama

Sumqayıtda 24 saylı orta məktəbin qarşısında uşaq oğurluğu ilə bağlı sosial şəbəkədə video görüntülər yayılıb. Həmin görüntülərdə bildirilib ki, naməlum şəxs məktəbin yaxınlığında görünür və uşaq oğurluğu ilə məşğul olur.

Aşağı sinif şagirdlərinin valideynləri sosial şəbəkələrdə və mobil tətbiqlərdə belə bir məlumat yayırlar ki, şəhərdə seksual manyak — pedofil dolaşır. Eyni zamanda, Sumqayıt şəhər 28 saylı məktəbin pedaqoqu, 10-cu mikrorayonda yerləşən 24 saylı məktəbin arxa həyətindəki müşahidə kamerasının qeydə aldığı video-kadrları yayıb. Həmin video-kadrlar Sputnik Azərbaycan-ın müxbirinə qədər gəlib çatıb.

Real TV məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə Real TV-yə açıqlamasında bildirib ki, yayılan video və xəbərin heç bir əsası yoxdur. Onun sözlərinə görə, görüntüdəki insanın heç bir şübhəli hərəkətləri müşahidə olunmayıb.

“Bu cür məlumatlar əhali arasında panika yaymaq məqsədi güdür. Nəinki Sumqayıtda, respublikanın heç bir bölgəsində orta məktəblərdə, heç bir yerdə adam oğurluğu qeydə alınmayıb. Görüntülərin ictimailəşməsindən sonra videonun çəkildiyi ehtimal edilən həmin orta məktəbin direktoru Sumqayıt Polis İdarəsinə dəvət olunub. Direktor izahatında bildirib ki, rəhbərlik etdiyi məktəbdə belə bir hal olmayıb, yayılan məlumatlar şayiədir. Vətəndaşlar bu cür təxribatlara uymamalıdır”, - deyə O.Mansurzadə bildirib.

Qeyd edək ki, vətəndaşlar qarşılaşdıqları qanun pozuntusu, kriminal hadisə barədə Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə, eləcə də aidiyyatı üzrə polis orqanlarına məlumat verə bilərlər.

Məqalədə : videogörüntü 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-07-2018 15:47



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com