Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Aprel

2018
10:33
1509
Müəllim işləmək məcburiyyətindəyəmmi?

Habib Alizade / Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbinin tarix müəllimi 


Bir çox insanları danışdıran kimi işlədiyi peşədə məcburiyyətdən çalışdığını deyir. Elə müəllimlərin bir çoxu da.

Haqlıdır, yoxsa haqsızdır, bundan danışmayacam. Düşünürəm ki, 10 ildən sonra mən də görəsən belə fikirləşəcəmmi?! Ümid edirəm ki, cavabım xeyr olacaq.

Bəs görəsən insanı belə düşünməyə vadar edən nədir? 

Təbii ki, övladına istədiyi bir şeyi ala bilməyən bir müəllim ruhdan düşər. Təbii ki, lazımi hörməti görməyən müəllim ruhdan düşər. Məktəbdə ona qarşı edilən haqsızlığı görən müəllim ruhdan düşər. Siyahını uzatmaq da olar.

Bəs bizi ruhlandıran heç bir şey yoxdurmu?

Var.

Həm də dünyanın ən təmiz qəlbinə sahib olanlar - uşaqlar. Ya da şagirdlərimiz.

Bəli, şagirdlərimiz dediyin anda artıq onlara sahiblənirsən. Elə onlar da, "müəllimimiz", - deyirlər. Onlar bizdən daha çox sahiblənir.

Bax, o şagirdlərə etika və təhsil verə bilsək, bu gün yaşadığımız bir çox mənfi hadisələri yaşamarıq. Bu gün cəmiyyətdə dəyərli insanlar ya ailədə, ya da təhsil müəssisəsində həmin dəyərləri öyrənib.

Bəzən düşünülür ki, ucqarlarda həvəsləndirmə ilə işlədiyim üçün belə danışıram. Amma açıq şəkildə deyim ki, 272 manat (10 faizdən sonra 299) maaş alıram və 141 manat həvəsləndirmə. Başqa da heç bir yerdə işləmirəm. Ucqarlarda nəqliyyat və digər xərclərin çox olduğunu nəzərə alanda hər şey aydın olur, fikrimcə.

Yəni qısası, bu gün, "yüksək maaş alır deyə belə edir" və ya "yazır" düşüncəsi şəxsən mənim üçün keçərli deyil. Təbii ki, yüksək məvacib arzuediləndir. Amma ali məqsəd olmadıqdan sonra həmin məvacib də yetərsizdir.

Bizim sahib olduğumuz ali məqsədlər var ki, ucqarda da, şəhərdə də olsa, işimizi görməyə ruhlandırır. Hazırda ucqarda daha çox ehtiyac olduğu üçün orda olmalıyam. Təkliflərə baxmayaraq, hələ bir müddət oradan ayrılmayacam.

Və gənc müəllimlərə və müəllim olmaq istəyənlərə sözümüz bu olur ki, ən azı 3-4 il oralarda işləyib dəyişikliyə nail olaq. Dəyişiklik edəcəyimizə inanaraq gedək oralara. Axı oralarda kiçik dəyişikliklər böyük xoşbəxtliklərə səbəb olur. Bəli, problemlər olacaq. Amma inanın ki, bir ömür qürurla xatırlayıb, şükür edəcəyimiz də elə həmin vaxtlar olacaq. 

Necə deyərlər #XoşbəxtEtXoşbəxtOl smiley

Məqalədə : Həbib Əlizadə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-04-2018 22:18

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status