Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Aprel

2018
21:15
Qırğızıstanda qalmaqal: Keçmiş və indiki prezidentlər arasında münaqişə

Ötən həftə Bişkekdə Qırğızıstanın Sosial-demokrat partiyasının (QSDP) qurultayı keçirilib. Burada keçmiş prezident Almazbek Atambayevi partiyanın rəsmi lideri vəzifəsinə seçilməsi məsələsi müzakirə olunub.

FaktXəbər-in bildirdiyinə görə, bu haqda "Fərqanə" İnformasiya agentliyi məlumat yayıb.

Partiya forumu qapalı rejimdə keçsə də, qurultaydan sonra Atambayev şəxsən, öz fikirlərini  jurnalistlərlə bölüşüb. Bu zaman məlum olub ki, onunla yeni prezident  Sooronbay Jeenbekov arasında fikir ayrılığı var.

Qeyd edək ki, nəşrin yazdığına görə, fevralda Təhlükəsizlik Şurasının iclasında Jeenbekov güc və hüquq-mühafizə idarələrinin rəhbərlərinin ünvanına ifşa edici nitq ilə çıxış edərək onları rüşvətxorluqda ittiham edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2018 17:18



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com