Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Aprel

2018
17:01
2632
Məşhur aktyorun xanımı Myanmada Röytersin jurnalistlərini müdafiə edəcək

Myanmada  həbs olunan Röytersin  jurnalistlərin hüquqmüdafiə qrupuna məşhur vəkil Amal Kluni də qatılacaq. FaktXeber.com-un məlumatına görə, bu barədə Röyters xəbər yayıb. 

Qeyd edək ki, jurnalistlər Rakhayn ştatında 10 müsəlmanın öldürülməsini araşdırırdılar. Myanma rejimi onları hökumətə aid məxfi sənədləri gizlətməkdə ittiham edir. Təqsirli bilinəcəkləri təqdirdə  Wa Lone və Kyaw Soe Oo-nu 22 il müddətinə azadlıqdan məhrum etmə gözlənilir.

Aşağıdakı şəkil ürəyi zəif olanların baxması üçün məsləhət deyil. Şəkilə baxmaq üçün mausu üstünə gətirmək kifayətdir.

«Wa Lone və Kyaw Soe Oo verdikləri xəbərlərə görə həbs olunublar. Mən işə baxmışam və tam aydındır ki, hər iki jurnalist günahsızdır, ona görə də dərhal azadlığa buraxılmalıdırlar», - deyə Amal Kluni bəyan edib.

Onun sözlərinə görə bu hadisə Myanma rejiminin insan haqlarına və söz azadlığanaolan münasibətini göstərir.

Xatırladaq ki, ötən ili naprel ayında Myanmada rohingya müsəlmanlarına qarşı başladılmış təcazülərə görə 700 min insan öz ev-eşiyini tərk edib.

Yeri gəlmişkən bildirək ki, Amal Kluni məşhur Hollivud ulduzu Corc Kluninin xanımıdır.

Məqalədə : Myanmar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
81

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1341
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 06:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru